Peyğəmbərin (s.ə.v.) xanımına qarşı münasibəti

Peyğəmbərin (s.ə.v.) xanımına qarşı münasibəti
Qadın və Din
10.09.2017 7
Kiçik ailə ocağında xanım atın bağlandığı yer, ağacın gövdəsi, rahatlıq, sakitlik və yaxınlıq deməkdir.



Rəsulullah
(s.ə.v.) belə buyurur: "Bütün dünya bir xəzinədir. Bu xəzinənin ən
xeyirlisi isə mömin bir xanımdır" ("Sahihul Camius-Sağir").



Peyğəmbərin
(s.ə.v.) gözəl əxlaqının və xoş güzəranının bir əlaməti olaraq onun
möminlərin anası Aişəni -radiyallahu anhə- adının son hərfini tələffüz
etməyərək çağırıb sevincdən qəlblərin pərvazlanacağı bir halı
bildirdiyini görürük.



Aişə
-radiyallahu anhə- dedi ki: "Rəsulullah (s.ə.v.) bir gün mənə belə
dedi: "Ey Aiş! Bax, burada Cəbrayıl sənə salam verir"" (Buxari və
Müslim).



Budur
bu ümmətin Peyğəmbəri -səllallahu aleyhi və səlləm! Əxlaq baxımından
ümmətin ən idealı, mövqe etibarilə ən böyüyü olub gözəl güzəran,
mülayimlik, həyat yoldaşı olaraq xanımının mənəvi və hissi arzularını
bilməsinin ən parlaq nümunələrini verdiyini görürük. O, hər bir xanımı
onun istədiyi hala gətirir və onu öz ərinin nəzərində lazım olan yeri
tutmasını təmin edir.



Aişə
-radiyallahu anhə- dedi ki: "Mən heyz (aybaşı) olduğum zaman qabdan su
içir, onu Peyğəmbərə (s.ə.v.) verirdim. O, ağzını mənim ağzımı qoyduğum
yerə qoyaraq qabdan su içirdi. Sümüyün üzərindəki əti sıyırırdım, o da
sümüyü əlimdən alaraq ağzını mənim ağzımı qoyduğum yerə qoyur və mənim
kimi əti sıyırırdı" (Müslim).



Münafiqlərin
iddia və müşriklərin iftira etdiyi gülünc ittihamlardan bacardığı qədər
uzaq olurdu... Əksinə, o, xanımları ilə dolanmağın ən gözəl və ən asan
yollarını axtarırdı.



Aişənin
-radiyallahu anhə- belə dediyi rəvayət edilir: "Peyğəmbər (s.ə.v.)
xanımlarından birini öpdü, sonra da dəstəmaz almadan na­maz qılmağa
getdi" (Əbu Davud və Tirmizi).



Rəsulullah
(s.ə.v.) bir çox hallarda qadının öz-özlüyündə olduqca üstün bir yerə
layiq olduğunu açıq bildirir, onların çox böyük bir yerə və ali bir
mövqeyə sahib olduqlarını ifadə edir... Beləliklə, Peyğəmbər -səllallahu
aleyhi və səlləm- Amr ibn Asın sualına cavab verir, həmçinin ona yetkin
və doğru-düzgün bir insanın öz xanımını sevməsinin utanılacaq bir hal
olmadığını da bildirir.



Amr
ibn Asdan rəvayət edildiyinə görə, o, Rəsulullahdan (s.ə.v.) "Ən çox
sevdiyin insan kimdir" deyə soruşmuş, Peyğəmbər (s.ə.v.) də "Aişədir"
deyə cavab vermişdi (Buxari və Müslim).



Həyatında
ailə xoşbəxtliyinə nail olmaq istəyən bir insan möminlərin anası
Aişənin -radiyallahu anhə- rəvayət etdiyi hədis üzərində yaxşı
düşünməli, Peyğəmbərin -səllallahu aleyhi və səlləm- onunla necə rəftar
etməsinə nəzər yetirməlidir. Aişə -radiyallahu anhə- dedi: "Mən və
Rəsulullah (s.ə.v.) bir qabdan yuyunurduq" (Buxari).



Bu
ümmətin Peyğəmbəri (s.ə.v.) xanımını xoşbəxt etmək və mübah olan hər
bir yolla onu sevindirmək üçün heç bir fürsəti əldən vermə­mişdir.



Aişə
-radiyallahu anhə- deyir: "Səfərlərindən birində Rəsulullahla (s.ə.v.)
birlikdə getdim. O vaxt mən hələ gənc idim. Bədənimə hələ o qədər də ət
gəlməmiş, tam inkişaf etməmişdim. Yanımızdakı adamlara "Siz irəlidə
gedin" dedi. Onlar da irəlidə getdilər. Sonra "Haydı, yarışaq" dedi. Mən
də onunla yarışdım və onu keçdim. Çəkim bir az artana, bədənim ət alana
və bir az kökələnə qədər mənə bir şey de­mədi. Bir dəfə də səfərində
onunla birlikdə getdim, yenə də yanındakılara "İrəlidə gedin" deyə
buyurdu, sonra "Haydı, yarışaq" dedi. Bu dəfə o, məni keçdi, gülməyə
başladı və "Bu, ona əvəzdir" deyə buyurdu" (Əhməd).



Bu,
həqiqətən də çox gözəl və yüksək əhəmiyyət veriləcək bir davranışdır.
Yanındakılara xanımı ilə yarışmaq və onu sevindirmək üçün irəlidə
getmələrini əmr edir... Sonra o, xanımına biri əvvəl, digəri isə ondan
sonra baş vermiş gözəl bir davranışı xatırlayaraq "Bu, ona əvəzdir"
deyir.



Bu
gün Allahın geniş məkanı üzərində dolaşaraq irəlidə gedənlərin
vəziyyəti haqqında düşünən bir insan şərəfli bir peyğəmbər, qalib
sər­kərdə, Qüreyş və Haşim oğullarının ən üstünü olaraq Peyğəmbərin
(s.ə.v.) etdiklərinə heyrətlənir... O, bütün bu etdiklərini qalib
gəldiyi günlərdə, çox böyük bir orduya başçılıq edib qalib gələrək geri
döndüyü bir gündə edirdi. Həmçinin o, möminlərin anası olan xanımlarına
qarşı olduqca sevgi bəsləyən və mülayim rəftar edən bir insan idi.
Orduya başçılıq, yolun uzunluğu, döyüşdə qalib gəlmək, bununla yana­şı
yolun çətinliklərini, məşəqqətlərini aradan qaldıracaq şəfqətli bir
toxunuşa, səmimi bir pıçıltıya möhtac olan zərif xanımları ilə birlikdə
olmağı da ona unutdurmurdu.



Buxarinin
rəvayət etdiyinə görə, Peyğəmbər (s.ə.v.) Xeybər döyüşündən qayıdıb
Huyeyin qızı Səfiyyə -radiyallahu anhə- ilə evləndiyi za­man onun
mindiyi dəvənin ətrafına bir örtük çəkdirib onu bu örtüyə bürüyürdü.
Sonra özü dəvəsinin yanında oturur, dizini qoyur, Səfiyyə də dəvəyə
minmək üçün ayağını Peyğəmbərin (s.ə.v.) dizinin üstünə qoyurdu... Bu
səhnə onun sadəliyini və genişürəkli olmasını göstə­rən olduqca
əhəmiyyətli mənzərədir... Peyğəmbər (s.ə.v.) qalib bir sərkərdə, Allah
tərəfindən göndərilmiş bir Peyğəmbər kimi ümməti­nə bunu bildirir:
"Xanımlarına qarşı sadə rəftar etməsi, təvazökarlıq edərək ona kömək
göstərməsi, onu sevindirməsi bir kişinin qədir-qiymətini əsla azaltmaz".



Peyğəmbərin
(s.ə.v.) öz ümmətinə tövsiyələrindən biri də budur: "Diqqətli olun,
qadınlar haqqında bir-birinizə xeyirli tövsiyələr ve­rin..." (Müslim).



Rəsulullah
(s.ə.v.) on bir xanımla evləndi... Bunlar "möminlərin anası" adını
aldılar... Vəfat etdiyi zaman onun doqquz xanımı var idi... Bu şərəfli
xanımların sahib olduğu çox böyük şərəf və çox yüksək mövqe nə qədər də
ucadır! Rəsulullah (s.ə.v.) yaşlı, dul, boşanmış, gücsüz qadınlarla
evləndi. Bu qadınların arasında yalnız Aişə -radiyallahu anhə- bakirə
idi.



Rəsulullah
(s.ə.v.) möminlərin anaları sayılan qadınlarla evləndi və onlarla eyni
vaxtda eyni nikahda oldu. O, ədalətin tətbiq edilməsində və
paylaşdırılmasında bir nümunə idi. Aişənin -radiyallahu anhə- belə
dediyi rəvayət edilmişdir: "Rəsulullah (s.ə.v.) bir səfərə getdiyi
za­man xanımları arasında püşk atırdı. Bu püşk hansı birinə düşərsə,
onunla gedirdi. O, xanımlarının hər birinə xüsusi bir gün və bir gecə
ayırırdı" (Tirmizi).



Rəsulullahın
(s.ə.v.) tətbiq etdiyi ədalətli əməllərindən birini Ənəs ibn Malik
-radiyallahu anh- belə rəvayət edir: "Peyğəmbərin (s.ə.v.) doqquz xanımı
var idi. Onların arasında günləri bölüşdürdüyü zaman birinci xanıma
yalnız doqquz gündən bir növbə çatırdı. Hər gecə Həzrəti Peyğəmbər hansı
qadının evində qalırdısa, bütün xanımları ora toplaşırdılar. Bir dəfə
Həzrəti Aişənin evində olduğu zaman Zey­nəb -radiyallahu anhə- gəldi,
Rəsulullah ona əl uzatdı. Aişə "Bu, Zeynəbdir" dedikdə Peyğəmbər
(s.ə.v.) əlini geri çəkdi..." (Müslim).



Peyğəmbərin
(s.ə.v.) bu geniş evi, Rəbbinin öz Rəsuluna (s.ə.v.) verdiyi
müvəffəqiyyət və ilham olmasaydı, qətiyyən bu vəziyyətdə ola bilməzdi...
Onun həm sözləri, həm də əməlləri ilə Rəbbinə şükür etdiyinin şahidi
oluruq... O, xanımlarını ibadətə sövq edir və bu cəhət­dən onlara kömək
göstərirdi. Bunu etməklə o, Uca Allahın: "Əhlinə namaz qılmağı əmr et,
özün də ona səbrlə davam et. Biz səndən ruzi istəmirik, sənə ruzi verən
Bizik. Aqibət təqva sahiblərinin - müttəqilərindir!" ("Taha" surəsi,
132) əmrini yerinə yetirirdi.



Aişənin
-radiyallahu anhə- belə dediyi rəvayət edilmişdir: "Mən Peyğəmbərin
(s.ə.v.) önündə və yatağı üzərində uzandığım halda o, na­maz qılırdı.
Vitir namazını qılmaq istədiyi zaman məni oyandırırdı" (Buxari və
Müslim).



Peyğəmbər
(s.ə.v.) gecə namazını qılmağı, bu vaxt xanımlarının da bir-birinə
kömək etməsini çox təşviq etmişdir. Hətta elə olurdu ki, xa­nım ərinin
və ya əri öz xanımının üzünə su səpərək onu mədəni tərzdə yuxudan
oyadırdı... Əbu Hureyrə -radiyallahu anh- dedi: "Rəsulul­lah (s.ə.v.)
belə buyurdu: "Gecə vaxtı durub namaz qılan, xanımını oyandıran və
beləliklə də xanımını namaza sövq edən, çətin oyandığı zaman üzünə su
səpən bir insana Allah rəhmət eləsin. Həmçinin gecə vaxtı durub namaz
qılan, ərini oyandıran, ərini namaza sövq edən, çətin oyandığı zaman
üzünə su səpən xanıma da Allah rəhmət etsin"" (Buxari və Müslim).



Bir
müsəlmanın qəlbinin təmizliyini və doğruluğunu tamamlamaq məqsədilə
xarici görünüşünə diqqət yetirməsi də müsəlmanın yetkinli­yindən və
dininə bağlı olmasından irəli gəlir.



Peyğəmbər
(s.ə.v.) qəlbi təmiz, bədəni təmiz, xoş ətirli bir insan idi. Misvaqdan
istifadə etməyi sevir və istifadə edilməsini də əmr edir­di. Peyğəmbər
-səllallahu aleyhi və səlləm- buyururdu: "Əgər ümmətimə çətinlik
olmayacağını bilsəydim, hər namazdan əvvəl misvaq­dan istifadə
etmələrini əmr edərdim" (Əhməd).



Hüzeyfənin
-radiyallahu anh- belə dediyi rəvayət edilmişdir: "Rəsulullah (s.ə.v.)
gecə vaxtı qalxdığı zaman dişlərini misvaqla təmizləyir­di" (Müslim).



Şureyh
ibn Haninin belə dediyi rəvayət edilmişdir: "Mən Aişədən -radiyallahu
anhə- soruşdum: "Peyğəmbər -səllallahu aleyhi və səlləm- evinə daxil
olduğu zaman ilk etdiyi iş nə idi?" O, "Misvaqdan istifadə edirdi" dedi"
(Müslim).



Bu, necə gözəl bir təmizlik, ailə üzvləri ilə qarşılaşmaq üçün necə mükəmməl bir hazırlıqdır!



Peyğəmbər
(s.ə.v.) evə daxil olduğu zaman "Allahın adı ilə evə ayaq basdıq,
Allahın adı ilə də çıxdıq. Rəbbimizə təvəkkül etdik" deyir və sonra da
ailə üzvlərinə salam verirdi (Müslim).



Təmiz
bir tərzdə evə daxil ol və evdəkiləri sevindir! Müsəlman qardaşım! Bunu
etmək əvəzinə evə girərkən məzəmmət edən, qınayan və danlayan
insanlardan olma!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!