Nə edərlərsə etsinlər...

Nə edərlərsə etsinlər...
Qadın və Din
10.09.2017 45
ÜÇ ADAMIN NAMAZI QƏBUL DEYİL! 

Qəlb
və bədənin birlikdə namazda olması halında o namaz qılan müsəlmana
fayda verir. Əks halda namazdakı vəziyyətlərinə görə məcazi təsnif bu üç
adamın namazlarının məqbul olmayacağı İslam alimləri tərəfindən ifadə
edilib. Budur o üç sinif insan:

1.
Ovçu: Burada ovçudan məqsəd, gözləriylə namaz əsnasında ətrafı müşahidə
edən və digər üzvləriylə başqa işlərdə, əməl-i Kesir olan adam.

2. Hambal: Hambaldan məqsəd, darlandığı halda dəstəmaz təzələmədən namaz qılan adam.

3. Tacir: tacirdən məqsəd, namaz əsnasında zehin və ürəyini dünya ticarətindən çəkməyən adamdır.

Bu
insanlar "qadağan savar" cinsindən namaz qılmış olarlar ki, bu hal,
Allah qatında əsla məqbul deyil. Çünki bədənin və əzalarının da namaza
hazır və daxil olması, namazın şərtlərindəndir.

Necə
ki Allah Rəsulu -səllallahu əleyhi və səlləm-in, namaz qılan bir şəxsin
əlləri saqqalını qarışdırdığını görüncə: "- Əgər bunun ürəyində huşu
olsaydı, bədəninin hər üzvündə sükunət olardı." (Tirmizi) buyurması,
qəlb ilə bədənin namazdakı müştərəkliyinin zərurətini ifadə edir.

Bu
hədisi-şəriflər də bu həqiqətə mənbədir: "Sizdən biri namaza qalxanda
bütün bədəni hərəkətsiz qalsın! Yəhudilər kimi yellənib durmasın. Çünki
bədənin namazda hərəkətsiz dayanması, namazın tamam olmasından bir
parçadır. "(Tirmizi)

"Namazda
yeddi şey şeytandandır (yəni şeytanın sevdiyi xüsuslardandır): Burun
qanaması, yuxulamaq, vəsvəsə, əsnəmək, qaşınma, sağa-sola baxmaq və hər
hansı bir şey ilə oynamaq ..." (Tirmizi) Uca Allah (c.c.): "Ey Rəbbim!
Məni gərəyi üzrə (ixlas və huşu ilə) namaza davam edənlərdən et!
Zürriyətimdən də belə insanlar yarat! Ey Rəbbimiz! Duamı qəbul et! "скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!