Duaları qəbul olunanlar və duaları qəbul olunmayanlar

Duaları qəbul olunanlar və duaları qəbul olunmayanlar
Qadın və Din
10.09.2017 16
İnsanın
duası əgər xalis olarsa və həmçinin lazım olan şəraitlərə malik olarsa,
yəni dua edən zaman insan haram maldan və napak tikədən uzaq olarsa,
insanların haqqına təcavüz etməzsə, duası itaətkarcasına olarsa - bu
insanın duası qəbul olar.

 O
insan ki, haram yeyir və Allahın vacibatlarını malında yerinə yetirmir,
rüşvət yeyir, sələm yeyir, qəsb edəndir - bu insanın duası qəbul olmaz.

Allah Təala duanın yerinə yetmək şərtini Həzrət Musaya (ə) buyurmuşdu: "Ey Musa! Təkəbbürdən boş olan ürəklə dua et!".

Bu təkəbbür insanlara salam verməkdən başlayıb, Allahla rəftara qədər
gəlib çıxır. Etikaf əməlinin son günündə dua vardır ki, orada deyilir:
"Nə zaman səcdəyə getsən, çalış göz yaşı tök. Hətta əgər milçəyin qanadı
qədər olsa belə". Bu, duanın yerinə yetmə nişanələrindəndir.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah qorxusundan ağlamaq - rəhmətin
açarı, əməllərin qəbul olmaq nişanəsi və duaların yerinə yetmək
yoludur".

Həzrət (s) başqa yerdə buyurur: "Nə zaman bəndə Allah qorxusundan
ağlayar - günahları tökülər, necə ki, yarpaq ağacdan tökülər. Anadan
olduğu gün kimi pak olar".

İmam Əli (ə) buyurur: "Gözlərin ağlaması və qəlbin təvazökarlığı İlahi
rəhmətdən qaynaqlanır. Nə zaman onu əldə etsəniz, dua etməyi qənimət
bilin".

İmam Sadiq (ə) buyurur: "Əgər ümmət içində bir nəfər ağlar olarsa, onların hamısı rəhmət olunarlar".

Əbu Haşim Cəfəri o səhabələrdəndir ki, üç İmamı görmüş (İmam Rza (ə),
İmam Cavad (ə) və İmam Hadi (ə)) və onlara xidmət etmişdir. Bu insan
nəql edir ki, müsibətlər ona hücum edir və maddi çətinliyə düşür. Ailəsi
üçün bir tikə çörək belə ala bilmir. Qərara alır ki, İmam Hadinin (ə)
yanına gəlib olanları ona desin. İmam (ə) onu görən kimi buyurur: "Ey
Əbu Haşim! Allahın sənə verdiyi nemətləri say!". Sonra İmam (ə) özü
onları saymağa başlayır: iman, məada, nübuvvətə və Qurana etiqad
bəsləmək... Sonra buyurur: "Əgər Allah bunları səndən alsa, səadət
qapıları üzünə bağlanar və bədbəxtlik qapıları açılar".

Ona görə də deyə bilərik ki, əgər Allah insanın imanını ondan alsa
cismi sağlamlıq, xeyir və bərəkətin qapıları üzünə bağlanar. Bizim
əslində çox şeyimiz vardır, ancaq belə düşünürük ki, heç bir şeyimiz
yoxdur. Halbuki, Allah bizə cismi sağlamlıq vermiş və ibadət əhli
olmağımıza şərait yaratmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!