Tövbə namazı

Tövbə namazı
Qadın və Din
10.09.2017 16
Hər birimiz məsum olmadığımız üçün, gün ərzində çox sayda günahlar
edirik. Ayıq və bəsirətli insanlar günahlarını dərk edən kimi tövbə edir
və Allaha qayıdırlar. Etdikləri işdən peşman olub, bir daha həmin
günaha qayıtmayacaqlarına söz verirlər. Tövbə dildə istiğfar deməklə
bitməz. Öz şərt və şəraiti vardır ki, bilməyimiz faydalıdır.



Əziz Peyğəmbərdən (s) belə bir hədis gəlib çatmışdır. Peyğəmbərimiz
(s) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü
tərəfdaşlarına çevirib buyurur: "Ey insanlar! Sizlərdən kim tövbə etmək
istəyir?". Hamısı tövbə etmək istədiklərini bildirdilər. Həzrət
Peyğəmbər (s) buyurdu:



"Qüsl (tövbə qüslü) və dəstəmaz (tövbə dəstəmazı) alın. Sonra dörd
rükətli namaz qılın. Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Tövhid", 1 dəfə
"Fələq" və 1 dəfə də "Nas" surələrini deyin. Sonda 70 dəfə istiğfar edin
və onu "Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim" cümləsi ilə
tamamlayın. Sonra isə bu duanı oxuyun: "Ya Əzizu, ya Ğəffar. İğfirli
zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi
illa ənt"". ("Ey Əziz, ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı,
bütün mömin qadın və kişilərin günahlarını bağışla. Çünki Səndən başqa
heç kim günahları bağışlamaz").



Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir müsəlman yoxdur ki, bu
namazı qılsın və ona səmadan nida edilməsin ki: "Ey Allahın bəndəsi!
Sənin tövbən qəbul olmuşdur. Günahların bağışlanmışdır. İndi işlərinə
yenidən başla". Başqa mələk ona deyər: "Ey Allahın bəndəsi! Xoş olsun
halına! Mübarək olsun sənə və ailənə".



O biri mələk deyər: "Ey Allahın bəndəsi! İmanla öləcəksən, din
səndən uzaq olmaz. Qəbrin geniş və nurani olsun". Cəbrayil (ə) nida
edər: "Qəlbini xoş saxla ki, mən ölüm mələyi ilə bir yerdə yanına
gələcəyəm və ona əmr edəcəyəm ki, səninlə merhiban olsun. Səni heç
incitməsin. Ruhunu cismindən yavaş çıxartsın".



Peyğəmbərdən (s) soruşurlar ki, bu namazı  başqa bir aylarda da
yerinə yetirmək olarmı? Əgər başqa zaman yerinə yetirilsə, həmin savaba
malik olacaqdırmı? Həzrət (s) buyurur: "Həmin savaba malikdir. Bunları
Cəbrayil (ə) merac gecəsi mənə öyrətmişdi".



Allah Təala bizləri həqiqi tövbəkarlardan qərar versin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!