Təmizlə meni ey yagış.....

Təmizlə meni ey yagış.....
Qadın və Din
10.09.2017 4
 
Təmizlə üzərimdəki günahlarımı...
Geyindir bədənimə həya köynəyini...
Haram danışan dilimi lal et...
Nəfsimin hiylələrinə qələbə çal...
Təmizlə məni ey Yağış!
Səni görüncə ruhuma işləyən coşğunu rahatlığa qovuşdur...
Gözyaşlarımı damlalarınla birlikdə qarışdır torpağa...
Bir də o vaxt görək, necə gəlirmiş peşmanlığın qorxusu torpaqdan...
Təmizlə məni ey Yağış!
Təmizlə üzərimə yapışan şəhvət çirkini...
Zəhər söyləyən dilimə, səbr balını əhya et...
Ziyana baxan gözlərimə, iffət pərdəsini endir...
Təmizlə məni ey Yağış!
Yalanlarla dolu dünyada, danışdığım yalanları sil at...
Sevdiklərim üçün heçə saydığım qürurumu ayaqlar altından yığ...
İkiüzlü mənliklərin arasından çəkib çıxar məni...
Təmizlə məni ey Yağış!
Yağış sonrası çıxan göyqurşağı rənglərindən, bir dəstə bəxş et ruhuma...
Çiçəklər açsın yaralanmış ürəyimdə...
Və hər getdiyin yerə verdiyin sevincdən mənə də nəsib et...
Ruhumun, ürəyimin, bədənimin yeganə dərmanı sənsən yağışım...
Təmizlə məni Yağışım...
Təmizlə bütün günahlarımı.....
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!