Allahın əl-Alim adının mənası

Allahın əl-Alim adının mənası
Qadın və Din
10.09.2017 12
əl-Alim sözü bilən deməkdir. Allahın əl-Alim adı Qurani-Kərimdə yüz əlli yeddi dəfə zikr edilir. Uca Allah buyurur:

"Ey
insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi
tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki,
Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır.
Həqiqətən, Allah Biləndir, Xəbərdardır” (əl-Hucurat, 13).

"Allahın
birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin
qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi
vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi
Biləndir” (ən-Nisa, 32).

"Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu (Allaha şərik qoşmağı) inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir” (əl-Bəqərə, 256).

əl-Alim olan Allah gizlində və aşkarda olan hər şeyi biləndir. O, keçmişdə və gələcəkdə olanları bilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!