İnşiqaq surəsinin fəzilətləri

İnşiqaq surəsinin fəzilətləri
Qadın və Din
10.09.2017 7
"İnşiqaq" surəsi - Quranın 84-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 25 ayəsi vardır.

Həzrət
Peyğəmbər (s) bu surə haqqında buyurur: "Hər kim "İnşiqaq" surəsini
oxuyar, Allah Qiyamət günü əməl dəftərinin başının arxasından
verilməsindən onu saxlayar".

İmam Sadiq (ə) buyurur: "Hər kim "İnşiqaq" surəsini oxuyar və onu
davamlı olaraq vacib və müstəhəb namazlarında qiraət edər, Allah
hacətlərini yerinə yetirər və heç bir şey onunla Allah arasında fasilə
salmaz. İnsanların hesab günündə Allahın inayətindən bəhrələnər".
(Tebyan)

Bu surənin bərəkətləri:

1. Günahların bağışlanılması. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim
çərşənbə gününün gecəsində dörd rükət namaz qılar və hər rükətdə
"Həmddən" sonra "İnşiqaq" surəsini oxuyar - günahlardan elə xaric olar
ki, anadan olduğu gün kimi olar. Allah onun üçün oxuduğu hər Quran
hərfinə görə bir ilin ibadətini yazar".

2. Doğumun asan olması. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər doğumu
ağır olan qadına "İnşiqaq" surəsini yazsalar və ondan assalar və onun
üçün oxusalar - tez azad olar".

3. Şərdən uzaq saxlayar. İmam Sadiq (ə) buyurur ki, əgər bu surəni
heyvanın boynundan assalar, bütün bəlalardan amanda olar və əgər
mənzilin divarına yazsalar şər və bəlanı uzaq saxlayar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!