Qurani-Kərimdə adı çəkilən 6 meyvə

Qurani-Kərimdə adı çəkilən 6 meyvə
Qadın və Din
10.09.2017 37
Qurani-Kərim
bizlərə doğru yolu göstərən bir kitabdır. Və bu kitabda Rəbbimiz
əlbəttə ki, həyatımızın hər sahəsində bizə yol göstərmiş, yaxşılığı və
gözəli həmişə əmr edib, pislikdən və pis şeylərdən uzaq dayanmağımızı
istəmişdir. Həyat tərzimizdə bəzi meyvələrdən bəhs etmiş və bu qidanı
bizlər üçün şəfalı və ləzzətli etmişdir. Bəs hansıdır o meyvələr? 

Qurani-Kərimdə bəhs edilən 6 meyvəni təqdim edirik.

ZEYTUN

"Ənam",
99: Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur.
Beləliklə, onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini
(bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl
bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış
dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın
salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də)
bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk).
Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz, onlarda
iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət və hikmətini göstərən)
nişanələr vardır.

Zeytun
ürək sağlamlığına, qan dövranı sisteminin sağlamlığına yardım etdiyi
kimi, arıqlamaq istəyənlərin də köməkçisidir və xərçəngin də qarşısını
alır. Eyni zamanda, dəri sağlamlığı və gözəlliyimiz üçün də çox
faydalıdır.

BANAN

"Vaqiə",
28-33: Tikansız sidr (ağacı bağları içərisin)də! Meyvələri bir-birinin
üstündə oturmuş banan (ağacı). Və uzanan daimi kölgəlik. Və
(şəlalələrdən) tökülən su. Və (növ, rəng və xüsusiyyətləri baxımından)
firavan meyvələr. Nə tükənəndir, nə də istifadəsi qadağan.

Bananın
da sağlamlığımıza bir çox faydası var. Məsələn, böyrəklərə yaxşı təsir
edir, bağırsaqlara da faydalıdır, xərçənglə mübarizədə metabolizmə
yardımçı olur, həzmə kömək edir, xoraya faydalıdır, dəri sağlamlığına
ciddi mənada kömək edir. Bununla yanaşı, tərkibində olan zəngin vitamin
və elementlərlə bir çox xəstəliyə qarşı orqanizmi gücləndirir.

NAR

"Rəhman", 68:  O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır.

Nar
tumlarından dənəsinə, qabığından suyuna qədər bir çox xəstəliyə
dərmandır. Eyni zamanda, bədəni xəstəliklərə qarşı da bir qalxan kimi
qoruyur. Xolesterin və şəkəri tənzimləyən nar, xərçəng hüceyrələrinin
inkişafına mane olur və ürək sağlamlığının qorunmasına da kömək edir.

ƏNCİR

"Tin",
1: And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya
Dəməşqdə və Beytül-Müqəddəsdə olan iki dağa - "Tin" və "Zeytun"
dağlarına).

Əncirin
tərkibində yüksək miqdarda lif var. Onun bu xüsusiyyəti ürək
sağlamlığına ciddi mənada töhfə verir. Əncir eyni zamanda sümük
sağlamlığının qorunmasında, həzm sistemində, qanın və yoğun bağırsağın
təmizlənməsində də mühüm rol oynayır.

XURMA

 

"Yasin", 34-35: Və orada xurma və üzüm bağları vücuda gətirdik və
müxtəlif bulaqlar qaynatdıq (coşdurduq). Onun meyvələrindən və öz əlləri
ilə becərdiklərindən yesinlər (və ya bilsinlər ki, ağacların bitməsi və
bar verməsi onların işi deyildir). Belə isə şükür etməzlər?!

 

Xurma DNT və hüceyrələri yeniləmə xüsusiyyəti olan nadir meyvələrdən
biridir. Bədəni təmizləyir, xərçəngə, ürəyə, yaddaşa faydalıdır.
Xurmanın diabet və yüksək təzyiqə çox faydası var. Şəkər səviyyəsini
normallaşdırır, qan azlığı xəstəliyinə, qara ciyərə də yaxşı faydası
var. Gözləri qüvvətləndirir, sümüklərə faydalıdır. Əhval-ruhiyyəni
yüksəldir, damar sərtliyi və xolesterini normallaşdırır. Uşaqların
inkişafına ciddi töhfəsi var. Həzm sisteminə kömək edir, dəri
sağlamlığını qoruyur.

 

ÜZÜM

 

"Nəhl", 11: Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm
ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu
yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə
dair) bir nişanə vardır.

 

Üzüm miqren, alzeymer kimi xəstəliklərin müalicəsində müsbət effekt
verir. Göz sağlamlığını və görmə qabiliyyətini qoruyur. Xolesterini
aşağı salmaqla yanaşı, böyrək pozuntularını aradan qaldırır. Astma
xəstələrinə də çox kömək edir. Mikrobları öldürür, qəbizliyin qarşısını
alır. Dəri sağlamlığına da faydası var. Dərini yumşaldır,
cavanlaşdırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!