Çiməndə dəstəmaz və yaxud qüsl almaq olarmı?

Çiməndə dəstəmaz və yaxud qüsl almaq olarmı?
Qadın və Din
10.09.2017 34
Şəriətə
görə dəstəmazı və qüslü hər zaman almaq olar. Amma çimən zaman dəstəmaz
almaq müəyyən çətinliklər yaradır. Çünki dəstəmaz alarkən məsh çəkilən,
yəni yaş əl sürtülən bədən üzvlərinin səthi (başın ön hissəsi və
ayaqların üstü) quru olmalıdır. Məsh çəkərkən əli təzədən islatmaq da
olmaz. Yəni sifəti, sağ və qol qolları yuduqdan sonra əllərdə qalan
nəmliklə məsh çəkilməlidir. Çimən zaman dəstəmaz almaq istəyən adam
yuxarıdakı şərtləri gözləməlidir. Yəni qollarını yuduqdan sonra bir daha
islatmamalı, saçını və ayaqlarının üstünü məsh etməzdən əvvəl
qurutmalıdır. Əks halda, dətəmaz batil sayılar. Çimən zaman bu qaydalara
riayət etmək çox çətindir, ona görə də dəstəmazı çimməzdən əvvəl və ya
çimib qurulandıqdan sonra almaq məsləhətdir.

Yuxarıda
deyilən şərtlərin heç biri qüsl üçün tələb edilmədiyindən, çimən zaman
qüsl almağın maneəsi yoxdur. Kifayətdir ki, qüslün qaydası düzgün yerinə
yetirilsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!