Hz. Fatiməndən (s.ə.) mənalı sözlər

Hz. Fatiməndən (s.ə.) mənalı sözlər
Qadın və Din
10.09.2017 17
"Hər
kim öz xalis (səmimi) ibadətini Allaha ünvanlasa, Allah da özünün ən
yaxşı məsləhətini ona endirər” (yəni Allah məsləhət bildiyi ən xeyirli
neməti ona bəxş edər).



"Möminin
üzünə gülümsəmək insanın cənnətə düşməsinə səbəb olar. Amma inadkar və
ədavətkar adamın üzünə gülmək isə adamı cəhənnəmə salar”.



"Allahın
Rəsulu buyurub ki, imam Kəbə kimidir. Camaat ziyarət üçün onun yanına
gedər, Kəbə camaatın yanına gəlməz. Allaha and olsun, əgər haqqı öz
sahibinə qaytarsaydılar, Peyğəmbərin nəslinə tabe olsaydılar, Allahın
dini barədə bir-biri ilə ixtilafda olan iki nəfər belə, tapılmazdı...”.



"Yeməkdən sonra əlləri yağlı halda yatan adam özündən başqa heç kimi danlamasın”.



"Süfrənin
12 xüsusiyyəti var ki, hər bir müsəlman bunları bilməlidir. Bu
xüsusiyyətlərin dördü fərz (vacib), dördü sünnətdir, dördü isə
ədəb-ərkandandır. Fərz olan xüsusiyyətlər bunlardır: mərifət (yəni
ruzini verən Allahı tanımaq), razılıq, Allahın adını çəkmək ("bismillah”
demək) və şükr. Sünnət olan dörd xüsusiyyət budur: yeməkdən qabaq
dəstəmaz almaq, oturmuş halda yemək, sağ tərəfi üstə (yəni sağ tərəfə
dayaqlanıb) oturmaq və üç barmaqla yemək. Ədəb-ərkandan olan
xüsusiyyətlər isə bunlardır: öz qabağında olan qidanı götürüb yemək,
loxmaları kiçik etmək, yeməyi yaxşı çeynəmək və süfrə arxasında
başqalarının üzünə az baxmaq”.



"Peyğəmbər
buyurub: "Cümə günündə elə bir saat var ki, müsəlman həmin saatda
Allahdan nə isə xeyir-bərəkət istəsə, ona verər”. Fatimə soruşdu ki, bu
hansı saatdır? Peyğəmbər cavab verdi: "Qürub vaxtı Günəşin yarısı üfüqün
arxasında itəndə”.



"Sizin n yaxşılarınız – insanlarla ən mülayim, öz həyat yoldaşı ilə ən mehriban rəftar edəninizdir”.



"Əgər oruc insanın dlini, qulağını, gözünü və sair əzalarını günahdan çəkindirmirsə, belə orucun insana nə faydası var?”.



"Sizin
dünyanızdan yalnız üç şeyi xoşlayıram: Allahın Kitabını oxumağı, Allah
Rəsulunun çöhrəsinə baxmağı və Allah yolunda ehtiyaclılara yardım
göstərməyi”.



Fatimə
ərə gedərkən atasına demişdi: "Ey Allahın Rəsulu! Xalqın qadınları
pulun xatirinə ərə gedirlər. Bəs, mənimlə onların arasında nə fərq olar?
İstəyirəm Allaha dua edəsən ki, mənim mehriyyəm Sənin ümmətinin
günahkarlarına şəfaət etmək ixtiyarı olsun”.



"Allah
sizin şirkdən pak olmağınız üçün imanı, təkəbbürdən təmizlənməyiniz
üçün namazı, ruhunuzun saflaşmasından və ruzinizin artmasından ötrü
zəkatı, ixlasda möhkəm olmağınız üçün orucu, dininizin möhkəmliyindən
ötrü həcci, ürəklərinizin mehriban olması üçün ədaləti, ümmətin
nizam-intizama nail olması üçün bizə (yəni Əhli-beytə) tabe olmağı,
təfriqədən amanda qalmağınız üçün bizim imamətimizə inanmağı, İslamın
izzət qazanmasından ötrü cihadı, savab qazanmaq vəsiləsi kimi səbri,
camaatın islahı üçün əmr bil-mərufu (yaxşı işlərə çağırmağı), Allahın
qəzəbindən xilas olmaq üçün valideynə yaxşılıq etməyi, sayınızın artması
üçün sileyi-rəhimi (qohumlarla mehriban olmağı), canın qorunmasından
ötrü qisası, bağışlanmaq vasitəsi kimi əhdə (nəzrə) vəfa etməyi,
qəhətliyə düçar olmamaq üçün çəkini düz çəkməyi, alçaqlığa sürüklənməmək
üçün şərb içməkdən çəkinməyi, Allahın lənəti qarşısında müdafiə
vasitəsi kimi iftiradan uzaq olmağı, iffəti qorumaq üçün oğurluqdan
çəkinməyi, Allahın rübubiyyətinə (rəbbliyinə) tam səmimiyyətlə
bağlanmağınız üçün şirki haram saymağı vacib buyurdu”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!