Allah kimləri lənətləyir? Cadu ilə kimisə lənətləmək olarmı? Cadu varmı?

Allah kimləri lənətləyir? Cadu ilə kimisə lənətləmək olarmı? Cadu varmı?
Qadın və Din
10.09.2017 24
İnsan "lənət olsun" deyə bilərmi?

" "Lənət" ərəb sözüdür. Dilimizə tərcümədə məhrum olmaq, qovulmaq kimi
mənaları verir". Bunu Bakı Dövlət
Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov
"Yaşıl orta" verilişində deyib. O bildirib ki, lənəti iki mənada izah
etmək olar: "Bir Allahın lənəti var, bir də insanların. Bunlar fərqli
mənaları kəsb edir. Öncə Allahın lənətinə aydınlıq gətirək. Allahın
lənət etməsi bildiyimiz bəd dua deyil, bu Allahın mərhəmətindən uzaq
olmaq mənasını ifadə edir. Məsələn, "Bəqərə" surəsinin 161-ci ayəsində
belə buyrulur: "Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və
bütün insanların lənəti olsun!" Bu o deməkdir ki, yəni kafirlər Allahın
mərhəmətindən uzaqdırlar".

A.Şirinov qeyd etdi ki, Allah "Qurani-Kərim"də bir qisim insanları
əməllərinə görə lənətləyir: "Bunlar hansı əməllərdir? Allahın əmrlərini
pozan, Yer üzündə fitnə-fəsad törədən, qul haqqı kimi qəbul etdiyimiz
insan haqlarını tapdalayan və s. kimi əməlləri edən kəslər lənətlənir.
Əgər bu günahkarlar dünyada ikən tövbə etməzlərsə, bağışlanmayacaqlar.
Lakin islam mərhəmət dinidir. Dinimizə görə, etdiyi əməldən peşman olan
hər kəsə tövbə qapısı açıqdır. Günahın dərəcəsindən asılı olmayaraq, hər
kəs tövbə edə bilər".

İlahiyyatçının sözlərinə görə, hətta islamda ən ağır günahlardan sayılan
şirkin də töbvəsi var: " Yetər ki, qul səmimi olaraq peşman olsun və
haqq yoluna dönsün. Mövlana Cəlaləddin Ruminin məşhur bir sözü var: "Min
dəfə tövbəni pozsan, yenə gəl". Müsəlman dəfələrlə tövbə edə bilər.
Allah mərhəmətlilərin ən mərhəmətlisidir. "Qurani Kərim"də "Tövbə"
surəsi istisna olmaqla, qalan bütün surələr Allahın iki mərhəmət
atrubutu- rəhman və rəhim adları ilə başlayır. Başqa ayələrdə isə Allah
bildirir ki, mənim rəhmətimdən ümidinizi kəsməyin".

A.Şirinov əlavə etdi ki, Allahın lənətlədiyi kəslərə insanlar lənət deyə
bilməz: " Bu Allahın sözüdür. Biz hər qarşımıza çıxana lənət
oxumamalıyıq. Ümumiyyətlə, islamda insanın lənət deməsi tövsiyyə
olunmur. Peyğəmbərimizdən rəvayət olunan bir hədisdə belə buyrulur: "
Mömin çox lənət edən olmaz". Bu ədəb baxımından da doğru sayılmır".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!