Günahkar Allaha ehtiramı və zikri yox edir

Günahkar Allaha ehtiramı və zikri yox edir
Qadın və Din
10.09.2017 38
Edilən
günahlara cəza olaraq qulun qəlbində Uca Allaha ehtiram azalır. Bu onun
istəyindən asılı olmayaraq mütləq baş verir, çünki qul qəlbində Allaha
ehtiram etsəydi Ona asi olmağa hünəri çatmazdı. 



Aldanılanlardan
kimsə deyə bilər ki: "Mən günahları Allaha qəlbimdə ehtiram etmədiyimə
görə etmirəm, Onun rəhmətinə ümid etdiyim üçün edirəm”. Həqiqətən bu
özünü aldatmaqdır, çünki Uca Allaha qəlbdə ehtiram edilməsi və
ucaldılması qula Onun qadağalarına hörmət etməyə vadar edir bu isə onu
günahlardan sözsüz ki, çəkindirər. Günah işləməyə cəsarət edən Allahı
layiqincə qiymətləndirmir. Onun əmr və qadağalarını pozan kəs Ona necə
qiymət verə, ehtiram edə, ucalda və hörmət edə bilər? Həqiqətən bu
mümkün deyil. Həqiqətən onun sözləri açıq-aydın yalandır. Günahlara cəza
olaraq insanın qəlbindən Uca Allaha ehtiramın və Onun qadağa və
əmrlərinə hörmətin getməsi kifayətdir. 



Buna
cəza olaraq Uca və Qüdrətli Allah insanların qəlbindən belə insana
qarşı hörməti aparır, onlar ona nifrət edirlər və saymırlar necə ki, o
özü Allahın əmrlərini saymamışdı. Qul Allahı nə qədər çox sevərsə,
insanlar da o qədər onu çox sevərlər və nə qədər Allahdan çox qorxarsa o
qədər də insanlar ondan qorxarlar və nə qədər o Allaha və Onun
qadağalarına güclü ehtiram edərsə o qədər də ona güclü ehtiram edərlər.
Qul Allahın qadağalarını pozaraq insanların onun qadağalarına hörmət
edəcəklərinə necə ümid edə bilər? O necə Ona qarşı olan borclarına məhəl
qoymayaraq insanlar qarşısında zəlil olmayacağına ümid edə bilər? O
necə Allaha asiliyi nə isə cüzi bir şey saya bilər və insanların onu
sayacağını zənn edə bilər?

Pak
Allah bu barədə Kitabında günahların cəzası haqqında xəbər verdikdə
işarə etmişdir. Əldə etdiklərinə görə günahkarları geri atdı, qəlblərinə
pərdə örtdü və möhürlədi. Onlar Onu unutduqları kimi O da onları unutdu
və Onun dininə nifrət etdikləri kimi onlara nifrət etdi, Onun əmrlərini
saymadıqları kimi onları məhv etdi. Ona görə də məxluqatların Onun
qarşısında necə səcdə etməsi ayəsində Uca Allah deyib: "Allahın
alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz.” (Həcc 18). Onlar Allah
qarşısında səcdə etmək əmrinə məhəl qoymayıb onu yerinə yetirmədilər və O
onları buna görə zəlil etdi. Heç kəs Allahın Özünün onları zəlil
etməsindən sonra onlara ehtiram etməz, axı buna kim qadirdir?! Və Onun
ehtiram etdiyini kim zəlil edə bilər?!



Günahların
cəzalarından biri də odur ki, onlar qulu Allah barəsində unutmağa
məcbur edirlər və onu şeytanla təkbətək qoyurlar. Bu isə xilası olmayan
tələfdir və bu barədə Uca Allah belə deyib:



"Ey
iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə
baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən
xəbərdardır. Allahı unudan, buna görə də (Allahın) onları özlərinə
unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.” (Əl-Həşr, 18-19).

O
Allahdan qorxunu qorumağı əmr etdi və iman gətirən qullarına Onu unudan
və Ondan qorxmağı unudan qullara bənzəməyi qadağan etdi. İnsanın Ondan
qorxmağı tərk etməyinin cəzası qulun özü-özünü unutmasıdır, yəni özünə
xeyir gətirənə, cəzalardan qoruyana və onu kamil ləzzətlərlə, sevinc və
xoşbəxtiliklə olan əbədi həyatı təmin edənə laqeydlikdir.

Qul
borcunu unutduğuna, Ona ehtiram edib qorxmadığına və əmrlərini yerinə
yetirmədiyinə görə Allah cəza olaraq bütün bunların hamısını ona
unutdurur. Həmçinin sən görə bilərsən ki, günahkarlar necə onlara xeyir
gətirən şeylərə məhəl qoymurlar. Onların qəlbləri Allahın zikrindən
qafildir, onlar nəfsi istəklərinə tabe olurlar və bunların əməlləri puç
olacaq. Onlar bu dünyada və axirətdə xeyir gətirəcək hər bir şeyi əldən
verirlər, əbədi xoşbəxtliklərinə laqeyd yanaşırlar və onu yay buluduna
və ya ilğıma bənzər ən kiçik ləzzətə dəyişirlər. 

Həqiqətən
ən böyük cəza – qulun özünü unutması, Allahdan olan paya və xoşbəxtliyə
laqeyd olması, ziyanlı müqavilə bağlaması və qəlbini heç bir dəyəri
olmayan qiymətə satması, sonsuz ehtiyacı olanı itirməsidir ki, onlarsız o
keçinə bilməyəcək.



Allah
Sübhanə və Təala qula itirdiyi hər bir şeyi ödəyir, lakin heç kəs ona
Allahın itirilməsini ödəyə bilməz. O bəla üz verdiyi istənilən insana
təsəlli verməyə qadirdir, lakin Allahdan məhrum olana heç kəs təsəlli
verə bilməz. O istənilən bədbəxtçilikdən qorumağa qadirdir, lakin heç
kəs Ondan qorumaz. Qul bir göz qırpımında belə keyfiyətlərə malik olana
itaətdən necə imtina edə bilər? Onun barəsində necə unuda bilər və
əmrlərinə laqeyd ola bilər? Axı sonra O onu özünü unutmağa məcbur edəcək
və onda qul ziyan çəkənlərdən və özünə böyük zülm edənlərdən olacaq.
Həqiqətən qul heç vaxt Rəbbini incitmir, lakin özünü incidir və Rəbb
quluna zülm etmir, lakin qul özünə zülm edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!