Allahdan günahlarınızın bağışlanmasını və örtülməsini belə istəyin

Allahdan günahlarınızın bağışlanmasını və örtülməsini belə istəyin
Qadın və Din
10.09.2017 5
İlahi, Muhəmməd və onun soyuna salam yetir və mənim üçün kəramət yatağı aç!

Rəhmətinə
daxil et, öz cənnətinin qəlbində mənə yer ver, məni özündən
uzaqlaşdırmaqla xar etmə, günahlarıma görə əzab vermə, rəftarıma görə
çətinliyə salma, sirrimi aşkar etmə, elmimi ədalət tərəzisi ilə ölçmə,
gizli xəbərlərimi görənlərin gözləri önündə aşkar etmə, aşkar olduqda
rüsvayçılığıma səbəb olacaq şeyləri onlardan gizli saxla, məni hüzurunda
xar edən şeyləri onlardan məxvi saxla, razılığın sayəsində dərəcəmə
şərəf bəxş et, əfvinlə ucalığımı kamilləşdir, məni sağ tərəf
sahiblərinin zümrəsinə daxil et, iman yollarına apar, nicat tapanların
sırasında qərar ver, salehlərin məclisini mənim səbəbimə abad et. Duamı
qəbul et, ey aləmlərin Rəbbi!



(Səhifeyi-Səccadiyə, 41-ci dua)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!