Qəbr əzabı təsdiqini tapıbmı?

Qəbr əzabı təsdiqini tapıbmı?
Qadın və Din
10.09.2017 17
Sual: Qəbr əzabı təsdiqini tapıbmı?



Cavab: Qəbr əzabı Quran və Sünnədəki aydın dəlillər və müsəlmanların icması, bu üç dəlillə sübuta yetirilib.



Sünnədən
dəlil-Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) demişdir: "Qəbr
əzabından Allaha sığının, qəbr əzabından Allaha sığının, qəbr əzabından
Allaha sığının”.



Müsəlmanların
icmasından dəlil-Həqiqətən bütün müsəlmanlar, hətta icma əhlindən və
alimlərdən olmayan kütlə belə namazlarında belə deyirlər: "Qəbr
əzabından və cəhənnəm əzabından Allaha sığınıram”.



Quranda
olan aydın dəlilə gəldikdə isə, Allah-Təalanın Firon ailəsi haqqında
bildirdiyi ayəni göstərmək olar: "Onları səhər və axşamüstü oda
salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba
salın!”.[1] Şəkk yoxdur ki, onların oda salınması ona baxıb zövq almaq
üçün deyil, onun əzabına düçar olmaq üçündür. Allah-Təala həmçinin
buyurur: "Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini
uzadıb: "Canlarınızı çıxarın! (Allahu əkbər. Onlar ruhlarının bədəndən
çıxmasını istəməyəcəklər) Allaha qarşı nahaq sözlər söylədiyinizə və
Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz
cəzalandırılacaqsınız!”– dediklərini bircə görəydin”. Burada gün (اليوم (
sözündəki əlif ləm) (الbu gün mövcud olan əhd üçündür. Yəni, hazırki
gün onların vəfat etmə günüdür.



Deməli,
qəbr əzabı Quran və sünnədəki aydın dəlillər və müsəlmanların icması
ilə sübuta yetirilib. Qeyd etdiyimiz bu iki ayə isə Qurandan olan aydın
dəlillərdir.



Fətvalar Məcmusu, 2-ci Cild, 153-ci Sual, səh.27-28скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!