Dindar qadın tapmışam, lakin zahiri xoşuma gəlmir, onunla evlənməliyəm?

Dindar qadın tapmışam, lakin zahiri xoşuma gəlmir, onunla evlənməliyəm?
Qadın və Din
10.09.2017 14
Sual:
Mən evlənmək istəyirəm və mənə yaxşı bir ailədən çıxan bir bacı
göstəriblər, (Allahın rəhməti sayəsində) Qurandan əzbərə çox bilir.
Yaxşı bir ailədən gəlir və mənimlə o eyni irq, eyni tərbiyədən gəlirik.
Sözün düzü heç mən də zahirən onu heyran etməmişəm. O cazibədardır,
lakin mənim üçün o qədər də yox. Bilmək istəyirəm ki, onun dini, gözəl
ailəsi, Qurana münasibəti, münasib qaydada geyim tərzi və s. evlənmək
üçün kifayətdir? Yoxsa, bəlkə deyirsiniz ki, Allah daha yaxşı bilir, mən
onunla evlənmək üçün addım atmalıyam? Zahiri görünüş evlilikdə nə qədər
mühüm amil təşkil edir? O pis görünmür, lakin mənim istədiyim kimi
gözəl deyil. Allah mənə hidayət versin. 



Cavab: Həmd Allaha məxsusdur. 



Evlənmək
istəyirsinizsə, o halda dindar olanı axtarın. Necə ki, peyğəmbər
sallallahu aleyhi və səlləm bu cür nəsihət edərək buyurmuşdur: "Sən
dindar olanı seç, əliniz toza silinsə də (yəni, xoşbəxt olasan)”.
Evlilikdə seçim edərkən digər şeyləri nəzərə almamaq ilə əlaqədar heç
bir əsas yoxdur. Məsələn, gözəllik və s. Çünki bu cür etmək evlənən
kəsin baxışlarını aşağı salmağa kömək edəcəkdir. Bu elə bir şeydir ki,
nəzərə alınmalıdır. Belə ki, peyğəmbər sallallahu aleyhi və səlləm bunu
zikr edərək demişdir: "Qadına dörd şeyə görə evlənilir:...”və gözəlliyi
bu dörd şeydən biri olaraq qeyd etmişdir. Əgər qadın sizin üçün gözəl
olmadığına görə ona qarşı pis rəftar edəcəyinizdən qorxursunuzsa, o
zaman irəli addım atmayın və onunla evlənməyin. Allah daha yaxşı bilir. 



Şeyx Abdulkərim əl-Xüdeyrскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!