İmam Əlinin dğum tarixi və yeri

İmam Əlinin dğum tarixi və yeri
Qadın və Din
10.09.2017 10
• Əbu Həmzə Sumalidən belə nəql edilmişdir: İmam Zeynü'l-Abidinin
(A.Ş) belə buyurduğunu eşitdim: "Fatimə bint-i Əsəd (r.ə), təvaf halında
olduğu bir sırada doğum sancısı tutdu. Ardından Kəbənin içərisinə
girərək Hz. Emiru'l-Müminin'i (A.Ş) orada dünyaya gətirdi. "[1]

• Attâb b. Üseyd'in belə dediyi rəvayət edilmişdir: "Hz.
Emiru'l-Möminin Əli b. Əbi Talib (A.Ş), bi'sətdən on iki il əvvəl, Rəcəb
ayının on üçüncü gecəsi, Cümə günü, Məkkədə Beytullah'il-Haramda
dünyaya gəldi. Rəsulullah (s.a.a) o sırada 28 yaşında idi. "[2]

• Hz. Əli (A.Ş) Fil-ci ildən 30 il keçdiyi bir sırada Allahın xalis
ayı Receb'in on üçündə, Məkkədə Beytullah'il-Haramın (Kəbənin) içində
dünyaya gəldi. Beytullah'il-Haramda nə ondan əvvəl, nə də sonra başqa
heç bir kimsə dünyaya gəlməmişdir. Allah-u Təala onu ucaltmaq, rütbəsini
yüksəltmək və kəramətini aşkar etmək üçün bu fəziləti yalnız ona xas
etmişdir. "[3]

• Yenə belə rəvayət edilmişdir: "Rəsulullahın (s.a.a) qəyyumu və
onun xəlifəsi olan, ədalətli İmam, mürşid olan seyyid, ən böyük sıddık,
Vasim əfəndisi və muvahhidlerin İmâmı, Əbul-Həsən Emiru'l-Möminin Əli b.
Əbi Talib b. Abdul-Muttalib b. Haşim b. Abd-i Mənaf (A.Ş), Məkkədə
Beytül-Haramın içində, Fil-ci ildən 30 il sonra, Rəcəb ayının 13.
gecəsində, Cümə günü dünyaya gəldi. Anası Fatimə bint-i Əsəd b. Haşim b.
Abd-i Menâf'dır. O (Hz. Əli) Haşimilər ilk iman edən kimsədir. "[4]

------

[1] - Ravzatü'l-Vaizin, c.1, s.81.

[2] - Biharul- ənvar, c.35, s.7.

[3] - Kəşfül-Ğumme, c.1, s.59, İrşâdü'l-Qulub, s.211, İlam əl-vera,
s.159, Kəşfül-Yəqin, s.17 ( cüzi fərqlə); Emiru'l-Möminin Əli (as) 'ın
Kəbədə dünyaya gəldiyi ilə əlaqədar nəqlləri bir çox mötəbər sünni
yerdən da tapmaq mümkündür. Biz yalnız bir neçəsinə toxunmaqla
kifayətlənirik: Müstedrekü's-Sahihayn (Hakim Nişaburi), c.3, s.483;
Nuru'l-əbsar (Şeblenci), s.76; əl-Fusûlu'l-Mühimme, (İbn Sabbağ Maliki),
s.12; Kifayət-ut Talib (gənc Şafi), S.406; Üsdü'l-Ğabə (İbn
Abdurab-bih), c.4, s.31; es-Sîretu'l-Halebiyye, c.1, s.139;
Tezkiretu'l-havassı, s.10; Mənaqib-u Ali b. Əbi Talib (İbn Meğazili),
s.7.

[4] - Ravzatü'l-Vaizin, c.1, s.76; Əl-İrşad, Şeyx Müfid, s.9 (az bir fərqlə)

------

Əli Rza Sabirî'nin "1001 Hadis Işığında İmam Əli" kitabından alıntıdır.

Səhifə: 21скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!