Adəm ilə Həvva Behiştdə

Adəm ilə Həvva Behiştdə
Qadın və Din
10.09.2017 40
Adəm ilə Həvva Allah-taalanın icazəsi ilə behiştdə məskunlaşaraq onun müxtəlif ləzzətli nemətlərindən bəhrələndilər.

Şeytan
bütün bədbəxtçiliyinin və Allah dərgahından qovulmasının Adəm
tərəfindən olmasını bilirdi. İşarə olunduğu kimi, onunla düşmənçiliyi
qəlbində özünə yer etmişdi və istəyirdi ki, hər nəyin bahasına olursa
olsun onu və övladlarını düz yoldan azdırsın. Hətta insanları özü kimi
cəhənnəmlik edəcəyi üçün Allaha and da içmişdir. Belə vəziyyətdə heç cür
sakit qala bilmirdi.

Şeytanın
Adəm və Həvvanı behiştdən çıxartmaq üçün nə kimi planlar çəkdi, neçə
cür dona girdi, ya bir yolla behiştə daxil oldu və ya xaricdən
qəlblərinə vəsvəsə saldı, dəqiq məlum deyil. Quran və səhih rəvayətlərdə
bu barədə məlumat yoxdur. Amma qeyri-mötəbər rəvayətlərdə tovuz quşu,
ya ilan şəklində behiştə girməsi qeyd olunur. Əgər bu rəvayətləri düzgün
fərz etsək, ola bilsin özünə xüsusi yaraşıq verməsi və gözəl libaslar
geyməsindən kinayə olsun. Yəni, bu cür zahiri gözəlliklə onların yanına
gedərək onları aldatdı.

Amma
hansı hiylə ilə və hansı sözlərlə Adəm və Həvvanı aldatması təfsilatı
ilə Quran və rəvayətlərdə gəlmişdir. Belə nəzərə çarpır ki, şeytan
insanda zəif nöqtə tapmaq və onu yoldan çıxartmaq istəyirdi. Bu fikir,
Adəm və Həvvaya, təkcə Adəmə meyvə ağacı haqqında verdiyi təklifdən başa
düşülür və hansı batini qüvvə zəifliyindən istifadə etməsini bilmək
olar.

Şeytan
öz hədəfinə yetişmək üçün ürəyiyanan, nəsihət verən bir şəxs kimi zahir
olaraq dedi: -"İstəyirsən sənə əbədilik ağacını və fənaya uğramayan
mülkü göstərim?" Ya da onların hər ikisinə xitab edərək dedi:
-"Pərvərdigarınız sizi bu ağaca yaxınlaşmağı qadağan etdi, çünki
qorxurdu mücərrəd (maddəsiz) mələkə dönərsiz, ya da əbədi həyata
yetişərsiniz". Əgər bu ağacdan yesəniz mələkə dönərək həmişəlik behiştdə
qalacaqsınız. Hiyləsinin baş tutması üçün sözlərinin ardınca yalandan
and içərək dedi: -"Mənim sizə xeyirxahlıq və yaxşılıqdan başqa bir
niyyətim yoxdur."

Nəhayət
İblisin hiyləsilə Həvva və Adəm qadağan olunmuş ağaca yaxınlaşıb ona əl
vurdular və bu əməl onların behişt nemətlərindən məhrum olmasına və
oradan qovulmaqlarına səbəb oldu və ardınca belə xitab gəldi:


"Hamınız aşağı düşün, sizin bəziləriniz bir-birinizlə düşmənsiniz. Əgər
mən tərəfdən sizə hidayət (işığı) saçsa, hər kim ondan itaət etsə, heç
vaxt azmaz və bədbəxtçilik ona üz verməz. Amma əgər mənim zikrimdən üz
döndərsə onun üçün çox ağır yaşayış və Qiyamət günü kor halında məşhur
olacaq (məhşər ayağına çəkiləcək)."

Bir sözlə Adəmlə Həvva yerə endirildilər. Adəmin Sərandib dağına və Həvvanın isə Ciddəyə düşməsini Təbəri və başqaları yazırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!