Adəm və Həvvanın tövbəsi

Adəm və Həvvanın tövbəsi
Qadın və Din
10.09.2017 41
Bir
müddət keçdikdə Adəm və Həvva etdiklərindən peşman oldular və behiştin
hədsiz nemətlərinin həsrətində qaldılar. Xüsusi ilə yerdə məskunlaşanda
və onun çətinlikləri ilə üzləşəndə. Allah bilir neçə illər tövbə ilə
məşğul olub onun ayrılığına ağladılar və nə qədər ahu-nalələr çəkdilər.
Allah taala onlara xitab edərək dedi: "Məgər sizə bu ağacı (ağaca
yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar
düşməninizdir, deməmişdimmi?"

Onlar öz təqsirlərini etiraf etdilər. Tövbə və bəxşiş istəyərək dedilər:

— "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!"

Amma
iş-işdən keçmiş və yerə enmə fərmanı verilmişdir. Adəm və Həvva yer
üzündə məskunlaşaraq təəssüf və həsrətin onları əvvəlki yerlərinə
qaytara bilmədiyini başa düşdülər.

Yenə
də Allah öz rəhməti ilə onların səadətə yetişməsi və onları özünə cəlb
etməsi üçün başqa qapı açdı. O, da tövbə, istiğfar və əfv istəmə qapısı
idi. Bəzi alimlərin dediyinə görə tövbə və istiğfarın günahı aradan
aparması, Allahın Adəmə təlim verdiyi əsma elminin bir hissəsidir.

Quranın
qissələri təlim və öyrədici xasiyyət daşıyır. Ola bilsin, Allah taala
Əbul-bəşər Adəmin əhvalatının bu hissəsində insanlara heç bir halda,
hətta Allaha qarşı günaha düçar olanda belə ümidlərini itirməməyə
çağırır. Gərək tövbə, istiğfar, əfv istəməklə öz günahlarını yusunlar.
Başqa vacib əməllər kimi bunu özlərinə vacib etsinlər. Necə ki, alimlər
bunun vacibliyinə fitva veriblər.

Burada
Quran müxtəsər izahla desək, belə buyurur: "Adəm Rəbbindən (bəzi
xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə)
tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir,
mərhəmətlidir."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!