Andı pozmağın kəfarəti

Andı pozmağın kəfarəti
Qadın və Din
10.09.2017 34
Sual:
Qəzəbli olduğumda Allaha and içdim ki, bir ay anam mənimlə maşında
getməyəcəkdir. Lakin bundan sonra bu əməlimə görə peşman oldum. İndiyə
kimi mənimlə maşında getmir. Lakin tövbə etmək istəyirəm, nə edim? 

Cavab: Həmd Allaha məxsusdur. 

Bir
insan günah işləmək, asilik etmək, qohumluq əlaqələrini kəsmək və yaxud
fəsad törətmək üçün and içərsə onun bu andı yerinə yetirməsi, andına
vəfalı olması haramdır. Əksinə o bu andını pozmalı və buna görə kəffarə
ödəməlidir. Bu kəffarə on kasıbı (miskini) yedizdirmək və yaxud
geyindirmək və ya qul azad etməkdən ibarətdir. Kim bunlardan hər hansı
birini etməkdən aciz olarsa, o halda üç gün oruc tutmalıdır. 

Peyğəmbər
sallallahu aleyhi və səlləm demişdir: "Allaha and olsun ki, Allah
istəyərsə, mən and içirəm, sonra bundan (and içdiyimdən) daha
xeyirlisini gördüyümdə andımdan kəffarə edirəm (kəffarəsini verirəm) və
daha xeyirli olanı edirəm”. Buxari (3133) və Müslim (1649) 

Ona görə də, andınızın kəffarəsini ödəyin və ananızı sizinlə birlikdə maşına mindirin. 

Həmçinin
ananız barəsində sizi Allahı xatırladırıq, Allahdan qorxmağınızı sizə
tövsiyyə edirik. Çünki Allah Sübhənahu valdeyin haqqlarını Öz haqqı ilə
yan-yana qeyd etmişdir. Ona görə də onun etdiyi hər hansı bir xahişi
rədd etməyin və yaxud onu məyus etməyin və yaxud hər hansı kiçik və ya
böyük bir məsələdə onu qəzəbləndirməyin. Əksinə ananıza yaxşılıq etmək
və onun sevgisini, razılığını qazanmaq üçün sizə fürsət verməklə ikram
edən Allaha həmd edin. Çünki Cənnət sizin ananızın ayaqlarına yaxın
olmağınıza və onun qayğısına qalmaqda, ona baxmaqda və ona gözəl
davranmaqdadır. 

Allahdan bizlərin hamısına xeyir işlər etməyə kömək etməsini və tövbələrimizi qəbul etməyini istəyirik.

Muhəmməd Saleh əl-Münəccidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!