Çox yesən...

Çox yesən...
Qadın və Din
10.09.2017 27
Həzrət Peyğəmbər (s) buyurur: İnsanın
doldurduğu qablar arasında ən pis qab qarındır. İnsan bir neçə tikə ilə
düz dayana bilər. Əgər nəfs istəyinə qalib gəlib yeməyə, içməyə və nəfəs
almağa üçdəbir yer saxlasa xeyir görər... Həzrət (s) buyurur: Ümmətimin
ən pisi o kəslərdir ki, rifah içində doğulublar, çeşidli xorəklər
yeyiblər, çeşidli libaslar geyiblər, çeşidli miniklərə süvar olublar,
həm də çox danışırlar... Buyurur: Qorxaq ürək, doymayan qarın, dəli
şəhvət, dinin düşməni olan pis dostlardır... Başqa bir məqamda buyurur:
Çox yemək və çox içməklə qəlbinizi öldürməyin. Qəlb əkin yeri kimidir,
çox suvarılsa məhv olar... Buyurur: Çox yemək qəlbi öldürər, ibadətdə
süstlük yaradar, öyüd-nəsihət eşitməyə mane olar... Kim çox yemək və çox
içməyə adət etsə qəlbi daşlaşar. Həzrət (s) buyurur: Bir gün Cəbrail
gözlənilmədən nazil oldu. Dedim ki, əvvəllər gəlmədiyin vaxt gəlmisən,
məni qorxutdun. Cəbrail dedi: Ey Məhəmməd (s)! Allah səni bağışlayıb, nə
üçün qorxursan?! Allah səni nə üçün seçib? Allah sənə bütlərə
pərəstişi, şərab içməyi, pis danışmağı, insanlarla didişməyi, qadağan
edib. Allah buyurur ki, Mənim üçün qarınqululuqdan xoşagəlməyən sifət
yoxdur...
Salman
Farsini qonaq çağırdılar. Bir qədər yeyib dayandı və dedi: Bəs edər.
Peyğəmbər (s) buyurub ki, dünyanın ən tox adamı axirətin ən ac adamıdır.
Dünya möminə zindan, kafirə behiştdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!