HZ.Fatimə (s.ə) haqqında qısa xəbər

HZ.Fatimə (s.ə) haqqında qısa xəbər
Qadın və Din
10.09.2017 18
Fatimə (ərəb. فاطمة ‎‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; d.  605/614,Məkkə, Hicaz, Ərəbistan - ö.  632, Mədinə, Hicaz, İslam Xilafəti) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin birinci həyat yoldaşıXədicədən olan qızı, Məhəmmədin əmisi oğlu, IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əlinin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Müsəlmanlara görə Əhli-beytin 5 üzvündən biri.
Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi
və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin
vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə
Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur
ərəb qadınlarındandır. İbn Tayfur (ö.
280) Fatiməyə aid xütbələri "Bəlağatun-Nisa" adlı kitabda nəql
etmişdir. Fədək haqqındakı ona məxsus xütbəni Əbu Talib sülaləsi öz
uşaqlarına öyrədirdilər.[3]
İsmaili şiələrinin sülaləsi olan və X-XII əsrlərdə Misirdə və Şimali Afrikada hakimlik edən Fatimilər sülaləsinin adı məhz Fatimə ilə bağlıdır və bu onların Fatimənin nəslindən olduğunu göstərir.
Müsəlmanlar
ondan danışarkən "Məsumə", "Cənnət qadınlarının seyyidəsi", və ya
"Peyğəmbər qızı" deyirlər. Türk-İslam mədəniyyətində isə adından əvvəl
"Həzrəti", "Xanım", adından sonra isə "salamullahi aleyha" və ya
"rdiallahu ənha" kimi deyimlərdən istifadə edilir. Yazıda"Hz. Fatimə (s.ə.)" formasında qısaldılan bu ifadələrlə ona qarşı sevgi və hörmət ifadə olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!