Quran Peyğəmbərdən əvvəl yazılıb?

Quran Peyğəmbərdən əvvəl yazılıb?
Qadın və Din
10.09.2017 47
İngiltərənin
nüfuzlu "Times” qəzeti Birminqem Universitetinin kitabxanasında
tapılmış Quran bəzi mübahisələrə səbəb olub. Belə ki, yeni tapılmış
Quranın aparılan araşdırmalardan sonra, bilindiyi tarixdən daha əvvəl
yazıldığı iddia edilir.
Perqament
üzərində qələmə alınmış Qurana Oksford Universitetində karbon testi
edilib. Testin nəticələrinə görə, perqament 568-645-ci illər arasında
yazılıb. Nəzərə alsaq ki, Peyğəmbərin doğum tarixi 570 -ci il(bəzi
qaynaqlarda 571-ci il),ölüm tarixi isə 632-ci ildir, bu da təbii olaraq
sualların daha da artmasına səbəb olur.

Bu
məlumatlara əsasən bildirilir ki, perqament ən tez Məhəmmədin uşaqlıq
illərinə təsadüf edə, hətta doğumundan əvvələ aid ola bilər.
Tarixçi
və "Qılıncın kölgəsi” adlı kitabın yazarı Tom Holland İslamın kökünə
aid məlumatların şübhəli, hətta səhv olduğuna dair tapıntıların sayının
get-gedə artdığını qeyd edib. Bu isə bir çox inanclı insanların
narahatlığına səbəb ola bilər. Lakin, İslam alimləri tamamilə başqa cür
düşünür. Onlar tapılan perqamentin İslam həqiqətlərini daha da
möhkəmləndirəcəyini iddia edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!