HZ.Fatimə (s.ə)-ın doğumu və ölümü

HZ.Fatimə (s.ə)-ın doğumu və ölümü
Qadın və Din
10.09.2017 22
Fatimə
Məkkədə Məhəmmədin evində dünyaya gəlib. Ancaq Şiə və Sünni
mənbələrində dünyaya gəlişi haqqında müxtəlif fikirlər vardır.
Əhli-Sünnə mənbələri Fatimənin təvəllüdünü Məhəmmədin besətindən beş il
əvvəl və Kəbənin bərpa olunduğu il kimi qeyd etmişdir.[20] Amma Kuleyni, Üsuli-Kafi kitabında belə yazır: "Zəhranın doğumu besətdən beş il sonra gerçəkləşmişdir."[21] Yaqubi isə belə yazır: "Fatimə vəfat (şəhadət) edəndə 23 yaşında idi."[22] Doğumunun
Məhəmmədin besəti ilində olsı fikri eyni zamanda Şeyx Tusinin,
Fatimənin Əli ilə ailə quranda yaşının 13 (Hicrətdən beş ay sonra)
olduğunu qeyd etdiyi fikirlə də üst-üstə düşür.[23][24] Şiə
və Sünni mənbələrində Fatimənin nütfəsinin necə yarandığına dair
hədislər var. Mənbələrə görə Məhəmməd Allahın əmri ilə, qırx gecə
Xədicədən uzaq durmuş, ibadət və orucla keçən 40 günün ardından və
Meraca çıxıb orada cənnət yeməyi, yaxud meyvəsindən yedikdən sonra
Xədicənin yanına gəlmiş və o şəkildə Fatimənin nuru Xədicədə qərar
qılınmışdır.[25) Şiə
və Sünni mənbələri Fatimənin hicrətin 11-ci ilində öldüyü barədə
ittifaq etmişlər. Ancaq ay və gün barədə ixtilaf etmişlər. Bu məsələ
haqqında bəziləri Fatimənin atasının vəfatından sonra 24 gün yaşadığı və
bəziləri isə 8 aya qədər bu sayı uzatmışlar. Şiələr arasında məşhur
fikir isə atasından 3 ay sonra dünyadan köçdüyü istiqamətindədir.[26] Məhəmmədin 28 Səfərdə vəfat etdiyi düşünülsə, bu tarix 3 Cəmadiyülaxıra uyğun gəlir.[27] Fatimənin
doğum günü haqqındakı fərqli fikirlərin olması, təbii olaraq yaşadığı
müddətinin nə qədər olduğunda da ixtilafların olmasına səbəb olur. Bu
müddəti 18 ilə 35 arasında qeyd etmişlər. Əgər doğumu Məhəmmədin
besətinin 5-ci ilinin Cəmadiyülaxır ayı olaraq götürülsə və ölümü
hicrətin 11-ci ilində olsa, bu iki tarix arasındakı fasilə 18 il olur.
Bu nəzər şiə imamları Məhəmməd Baqir və Cəfər Sadiqdən nəql edilən iki rəvayətə görədirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!