Nəfs dedikdə nə nəzərdə tutulur?

Nəfs dedikdə nə nəzərdə tutulur?
Qadın və Din
10.09.2017 30
Bəzən
nəfs dedikdə ruh nəzərdə tutulur. Ancaq əxlaqi bəhslərdə nəfs dedikdə
onu kontrol etmək, nəfsin istəkləri və xahişləri şərh edilir. İnsan
nəfsinin mərtəbələri vardır. Onun ən alçaq dərəcəsi - əmmarə nəfsdir. Bu
nəfs insanın nöqsanlı hallarına və daxili ifrati meyllərinə aid edilir.
Bu nəfsin şər və pisliklərə meyli vardır və insanı xeyir yolundan
azdıra bilir.
Deyerler.org
bildirir ki, nəfsin ikinci mərtəbəsi kamal və insanın özünü tərbiyə
etməsinə aid edilir. Ona ləvvamə nəfs deyirlər. İnsan nəfsin bu
mərtəbəsində ən çox xeyir və gözəl əməllərə tərəf meyl edir və insan
günah işlədən zaman bu nəfs onu danlayır və məzəmmət edir. Onu
xeyirxahlığa tərəf dəvət edir.
Nəfsin üçüncü mərtəbəsi mütməin nəfsdir. İnsan mütməin nəfsə
çatarsa kamalı, səadət və həqiqi hüzuru tapar. Raziyyə və mərziyyə
nəfsinə sahib olar. Yəni, həm o, Allahdan razıdır və həm də Allah ondan
razıdır.
Ona görə də
nəfsin ən zəif mərtəbəsi - əmmarə nəfsdir. Bu nəfs insanı şəhvətə və
günaha dəvət edər. Bu nəfsin sahibi sağlam ağıl və İlahi fitrətin
hökmlərinə tabe olmaz, çünki iradəsi nəfsi istəklərinin qarşısında çox
zəifdir.
Əksinə, güclü
nəfsə malik olan insan kamala çatmağa meyil edər və mütməin nəfsə
çataraq, səadətini əldə edər. Nəfsi əmmarə ilə nəfsi ləvvamə daima
bir-biri ilə mübarizədə olar. İnsanın iki tərəfi vardır: heyvani və
mələkuti. İnsanın heyvani tərəfi nəfsi-əmmarədir, mələkuti tərəfi əvvəl
ləvvamədir, sonra mütməinədir. Ona görə də insanın heyvani istəklərinə
nəfsi əmmarə deyirlər.
Nəfsi-ləvvaməyə
əxlaqi vicdan da deyirlər. Nəfsi-ləvvamə insanı xeyir işlərə təşviq
edər və ondan sonra tərifləyər. Pis əməldən əvvəl hədələyər, əməldən
sonra isə məzəmmət edər və danlayar.
Mütməinə
nəfs o nəfsdir ki, onun sahibi haqq əqidəsinə, savab və cəzaya inanır,
əminliyi vardır və rahatlıq tapmışdır. Necə ki, Əmirəl-möminin (ə) təqva
əhli haqqında buyurur: "Təqvalılar behiştə qarşı o kəslərə bənzəyir ki,
onu görüb, nemətlərinə nail olmuşdur. Atəşə qarşı o kəslərə bənzəyir
ki, onu görmüş və orada əzab olunmuşdur".
İnsan səadətinin dərəcəsi bu nəfsinin dərəcəsindən asılıdır.
Quran bu nəfs haqqında buyurur: "Ey (təqvanın kamalı sayəsində) arxayın
olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və
şeytanlar onu azdırmağa qadir deyildir), dön Rəbbinə, sən Ondan, O da
səndən razı olaraq!". ("Hicr" 27-28).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!