Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa

Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa
Qadın və Din
10.09.2017 9
Sual:
Bəzən, əslində çox vaxt namaz əsnasında səhvlər edirəm. Ya tamamladığım
rəkətlərin sayını unuduram, ya da bəzən bu qəbildən bir şeyləri
unuduram. Belə olduğu halda namazı dayandırıb yenidən başlamılyammı
yoxsa davam etməliyəm? 



Cavab:

Həmd Allaha məxsusdur. 

Şeyx Muhəmməd əl-Üseyminə bu sual verildikdə belə cavab vermişdir: 



Bu
barədə doğru olan rəy budur ki, belə olduğu halda namazınız etibarsız
sayılmır. Çünki şübhə elə bir şeydir ki, insanın ixtiyari, iradəsi
olmadan ona gəlir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun)
namazda yarana biləcək şübhələr barədə hökmü açıqlamışdır və şübhələr
iki növdür: 



1.Namazda
tamamladığı rəkətlərin sayı barədə şübhə edir, lakin iki şübhədən
birinin daha doğru olduğunu düşünür. Bu halda daha yəqin olduğu fikirə
görə hərəkət etməli və bunu əsas götürərək namazını tamamlamalı, sonra
isə salam verərək salamdan sonra səhv səcdəsi etməlidir. 



2.Namazda
rəkətlərin sayı barədə şübhə edir, iki fikirdən heç birində əmin deyil.
Bu halda daha aşağı olan sayı əsas götürərək hərəkət etməlidir. Çünki,
bu daha salamatdır və böyük saya yönəlmək isə şübhəlidir. Deməli, daha
aşağı olan sayı əsas götürərək namazı tamamlamalı, sonra isə salamdan
öncə iki səhv səcdəsi etməlidir. Belə olduğu təqdirdə onun namazı batil
olmur. 



Şeyx Muhəmməd əl-Üseyminin "Fətvalar”ından 1/425скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!