Cümə namazı qılmağın qaydaları

Cümə namazı qılmağın qaydaları
Qadın və Din
10.09.2017 30
Cümə namazının vaxtı

Cümə
namazı günəş üfüqün ortasından keçdikdən sonra başlayır və əşyanın
kölgəsi iki addıma çatana qədər davam edir.Cümə namazının xütbələri
namazın vaxtı keçənə qədər uzanmamalıdır. Əks halda, zöhr namazı
qılınmalıdır. Çünki cümə namazının vaxtı keçdikdən sonra qəzası
qılınmır. Vaxt azlığı üzündən cümə namazı qılınmadıqda və ya təxirə
salındıqda mütləq zöhr namazı qılınmalıdır.



Cümə namazı qılmağın qaydaları

Cümə
namazı iki rükət qılınır. Yaxşı olar ki, "Həmd" ("Fatihə" surəsi) və
surə uca səslə oxunsun. Daha yaxşı olar ki, birinci rükətdə "Həmd"
surəsindən sonra cümə, ikinci rükətdə isə "Münafiqun" surəsi oxunsun.

Cümə
namazında iki qunut tutulur. Onlardan biri birinci rükətdə rukudan
əvvəl, digəri isə ikinci rükətdə rukudan sonra tutulur. Namazdan əvvəl
iki vacib xütbə oxunur və bu xütbələr namazın özü qədər vacibdir.

Xütbələr yalnız imamın özü tərəfindən oxunur. Xütbələr oxunmadan cümə namazı gerçəkləşmir.

Hər
iki xütbə Allaha həmd səna etmək (Allaha şükür etmək), Peyğəmbər
(s.ə.s) və onun Əhli-beytinə salavat göndərmək və insanları təqvaya
(günahdan çəkindirməyə) çağırışla başlayır. Sonra kiçik surələrdən biri
oxunur. İmam təqvalı, fəsahətli (gözəl danışıq qabiliyyətinə malik
olmalı), həmçinin dini elmlər və dünyəvi hadisələr barədə məlumatlı
olmalıdır.İmam iki xütbə arasında bir qədər oturmalıdır. 

İmam
xütbələri ayaq üstə və uca səslə oxumalıdır. Namazda iştirak edənlər
namaz halında olduğu kimi, xütbəni dinlədikləri zaman da imama diqqətlə
qulaq asmalı və üzlərini qiblədən yana qədər çevirməməlidirlər. 

İmam
xütbələrində dini və dünyəvi məsələlər haqqında danışmalı və aidiyyəti
olmayan mövzulara toxunmamalıdır. İlin fəslindən asılı olmayaraq imam
əba geyinib əmmamə qoymalı və əlinə əsa almalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!