Çoxlu fəzilətə malik olan namaz

Çoxlu fəzilətə malik olan namaz
Qadın və Din
10.09.2017 16
Bu namaz cümə gününün zöhr çağından
qabaq qılınan namazlardandır. Biharul-ənvar kitabının 89-cu cildinin
372-ci səhifəsində müxtəlif kitablar vasitəsi ilə imam Cəfər Sadiq
(ə)-dan və o həzrətdə Peyğəmbər (s)-dan nəql etmişdir ki, buyurub: "Hər
kəs bu namazı qılıb, namazdan sonra (kı göstərişlərə əməl edərsə) Allah
təala onun üstündən göy və yer əhlinin şərri və habelə şeytan və zalım
hakimin şərrini götürər. Dünyada yetmiş hacətini və Axirətdə də yetmiş
hacətini yerinə yetirər. Həmçinin o həzrət gecə və gündüzün iyirmi dörd
saat olduğunu bildirərək buyurdu: Allah təala bu namazı qılan şəxsə
kəramət etmək üçün hər saatda tohid əhlindən olan yetmiş min (Cəhənnəm)
oduna layiq görülmüş (günahları) azad edər. Bu namazı qılan şəxs ölüləri
çağırarsa, Allahın izni ilə ona cavab verilər. Həzrət daha sonra
buyurdu: "Məni haqq olaraq Peyğəmbərliyə göndərən Allaha and olsun ki,
bəndə bu namazı qılaraq dua edərsə, Allah təala bu dua müqabilində onun
üçün yetmiş min mələk məmur edər (və beləliklə də bu mələklər) onun
ölənədək savablarını yazıb, günahlarını aradan aparar, həmçinin
dərəcələrini aparar və onun üçün istiğfar edib, salavat göndərərlər.
Övladı olmayan kişi və qadın bu namazı qılıb dua edərsə, Allah təala
onlara övlad kəramət edər. Bu namazdan sonra vəfat edərsə, yetmiş
minşəhidin əcrini qazanar.

Bu namazı
qılıb qurtardıqdan sonra, Allah təala ona yağan hər bir yağış damcısı və
bitən hər bir bitki müqabilində savab verər. Həmçinin belə bir şəxsə
Həzrət İbrahim, Musa, Zəkəriyya və Yəhya peyğəmbərinin savabının oxşarı
yazılar. Ehtiyaxsızlıq qapısı üzünə açılıb, yoxsulluq qapısı üzünə
bağlanar. Belə bir şəxsi heç vaxt ilan və əqrəb çalmaz və heç vaxt
yanmaq, suda boğulmaq və ilə ölməz. İmam Cəfər Sadiq (ə) buyurdu: "Mən
bu şəxs üçün zəminəm." Allah təala belə bir şəxsə hər gün yüz altımış
dəfə nəzər edər və Allah təala hər bir kəsə nəzər edərsə, ona öz rəhmət
və məğfirətini göndərər. Hər kəs bu namazı qılıb dediklərini zəfaran ilə
yazaraq yağış suyu ilə yuduqdan sonra onu dəli və xora xəstəliyinə
tutulmuş şəxsə içirərsə, Allah təala onara şəfa verər. Həmçinin (bu
namazı qılan şəxsin) ata və anası müşrik olarsa, əzabları yüngülləşər.

Namazın qılınma
qaydası: Cümə gününün zöhründən qabaq dörd rukət (iki ədəd iki rukətli)
namaz qılaraq hər rukətdə on dəfə "Fatihə" surəsi, on dəfə "İxlas"
surəsi, on dəfə "Kafirun" surəsi, on dəfə "Fələq" surəsi, on dəfə "Nas"
surəsi, on dəfə "Ayətəl-kürsi", on dəfə "Qədr" surəsi və on dəfə
aşağıdakı "Şəhidəllah" ayəsini oxumaq lazımdır:

"Şəhidəllahu
ənnəhu la ilahə illa huvə vəl-məlaikətu və ulul-ilmi qaimən bil-qisti la
ilahə illa huvəl-əzizul-həkim. İnnəd-dinə indəllahil-islam. Və
məxtələfəl-ləzinə utul-kitabə illa min bədi ma caəhumul-ilmu bəğyən
bəynəhum və mən yəkfur biayatillahi fəinnəllahə səriul-hisab."

Namaz sona çatdıqdan sonra yüz dəfə belə istiğfar etsin:

Əstəğfirullahə Rəbbi və ətubu iləyh."

Daha sonra yüz dəfə belə desin:

"Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər və la həvlə və la quvvətə

illa billahil-əliyyil-əzim."

Həmçinin yüz dəfə Həzrət Muhəmməd (s)-a və onun Əhli-beytinə (ə) salavat göndərsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!