Həzrət İmam Sadiqdən (ə) olan hədislər

Həzrət İmam Sadiqdən (ə) olan hədislər
Qadın və Din
10.09.2017 17
Altı kəsə salam
vermək olmaz; yəhudi, məcusi, nəsrani (yalnız zərurət olan hallar və ya
onları hidayət etmək məqsədi istisnadır), ayaqyolunda olan kəsə, şərab
süfrəsi kənarında oturan kəs, ərli qadınlara nalayiq sözlər deyən
şairlərə və camaatla onların anasını söyməklə zarafat edən kəslərə.

◘Süleyman deyib:
"Altı şey məni heyrətə gətirir. Onun üçü ağlamalıdır, üçü gülməli.
Ağlamalı şeylər bunlardır: "Məhəmmədin (s) dostları və əshabından uzaq
düşmək, qəbrin dəhşətli qorxusu, Allah qarşısında dayanmaq (Qiyamət
günü). Gülməyə səbəb olan şeylər bunlardır: Gözü doymayan tamahkarlar
dünya arxasınca qaçır, ölüm də onun arxasınca. Qafil insan özü Allahdan
qafildir, Allah isə ondan yox. Çox gülən adama nə vaxt baxırsan gülür,
amma bilmir ki, Allah ondan razıdır, ya yox.

◘Məhəmmədin (s)
sadə və asan dini bunlardan ibarətdir: Namaz, ramazan ayının orucu,
həcc, imama itaət və mö`minlərin haqqına riayət etmək.

◘Mö`min dünyanın
altı şeyindən öldükdən sonra da yararlanar; ondan ötrü bağışlanma
diləyən saleh övlad, ondan yadigar qalan və camaatın oxuduğu Qur`an,
əkdiyi ağac, davamlı sədəqə (Məs. kitabxana, məscid və s.) və ondan
yadigar qalan gözəl bir adət.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!