Tək səbirə inanmaq İslamda varmı?

Tək səbirə inanmaq İslamda varmı?
Qadın və Din
10.09.2017 64
İslam
dini elm, bilik və düşüncə dinidir. Lakin çox təəssüf ki, zaman-zaman
bu dinə ya düşmən qüvvələr tərəfindən qəsdən, ya da avam kütlə
tərəfindən bilməyərəkdən bəzi xurafatlar daxil edilib. Bu xurafatların
bir qismi İslamdan əvvəlki inanclardan, bir qismi başqa dinlərdən keçib.
Xurafat qismindən olan məsələlərdən biri də tək səbirə inanmaqdır. Xalq
arasında belə bir fikir var ki, guya tək səbir nəhsliyin (uğursuzluğun)
əlamətidir, tək səbir gələn işi buraxmaq lazımdır, yoxsa insan ziyan
görər. Bu fikir kökündən yanlışdır. İslamda xarici əlamətlərə görə
hadisələrə subyektiv qiymət vermək qəbul edilmir. Məsələn, ərəblər ilk
görüşdükləri şəxsin qiyafəsinə, hətta səmadakı quşların uçuş tərzinə
görə bir hərəkəti edib-etməmək barədə qərar verirdilər. Bu, fal sayılır
və İslamda qadağandır. Tək səbirin uğursuzluqla bir əlaqəsi yoxdur və
ona inanmaq lazım deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!