Axıril-zamanın əlamətləri

Axıril-zamanın əlamətləri
Qadın və Din
10.09.2017 10
Dinlərin
nəzərinə görə, axıril-zaman o zamandır ki, heyrətləndici və böyük
hadisələr baş verəcəkdir. Bu dövr - dünya həyatının indiki səpkidə davam
etməsinin sonu olan dövrdür ki, ondan sonra yeni bir dövr
başlayacaqdır. Bu sonrakı dövr bizim yaşadığımız indiki dövr ilə fərqli
olacaqdır. İlahi dinlər bu dövrdə o kəsin zühurunu xəbər verirlər ki,
Yer üzündəki zülmü aradan aparacaq və yerini ədalətlə dolduracaqdır.
(Tebyan)

İslam
dininin nəzərinə görə isə axıril-zamanda zühur edəcək şəxs - İmam
Məhdidir (ə.f). Hər bir intizarda olan müsəlmana axıril-zamanın
əlamətlərini bilmək zəruridir ki, öz təklifini və vəzifələrini müəyyən
edə bilsin.

Hədislərimizdə axıril-zaman üçün bəzi əlamətlər bəyan edilmişdir ki, onlara işarə edək:

1.
Cəmiyyətdə qorxu artacaq. İmam Baqir (ə) buyurur: "Həzrət Qaim (ə.f)
qiyam etməz, məgər qorxu ilə dolu bir dövranda". İmam (ə) başqa yerdə
buyurur: "Məhdi (ə.f) o zaman qiyam edəcəkdir ki, cəmiyyətin rəhbərlik işləri zalımların əlində olacaqdır".

2. Məscidlərin hidayətdən boşalması. Həzrət Peyğəmbər (s) axəril-zamandakı məscidlər haqqında buyurur: "Həmin zamanın məscidləri abad və gözəldir. Ancaq hidayətdən orada xəbər yoxdur".

3.
İnsan hissləri soyuyar. Həzrət Peyğəmbər (s) buyurur: "O ruzigarda
böyüklər əlinin altında olanlara və kiçiklərə rəhm etmirlər, qüvvətli
zəifə rəhm etməz. O zaman Allah ona (Qaimə (ə.f)) zühur üçün izn verər".

4.
Əxlaq fəsadları artar. Muhəmməd ibni Müslim nəql edir ki, İmam Baqirə
(ə) dedim: "Ey Allah Rəsulunun (s) oğlu! Sizin Qaim (ə.f) nə zaman zühur
edəcəkdir?". İmam (ə) buyurdu: "O zaman ki, kişilər özlərini qadınlara və qadınlar özlərini kişilərə bənzədərlər".

5.
Övladı az arzu etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət bərpa
olmaz, o zamana qədər ki, beş övlad sahibi dörd övlad sahibi olmağını
arzu edər və o kəsin ki, 4 övladı olar deyər: "Ey kaş 3 övladım olaydı".
O kəsin ki, 2 övladı olar, 1 övladı arzu edər. O kəsin ki, bir övladı
olar, arzu edər ki, ey kaş övladım olmayaydı".

6.
Ani ölümlər. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət bərpa olmaz o
zamana qədər ki, ağ ölüm zahir olar". Soruşurlar ki, ağ ölüm nədir?
Buyurur: "Ani ölüm".

7. Müharibələr və qətllər. İmam Rza (ə) buyurur: "İmam Zamanın (ə.f) zühurundan əvvəl davamlı qətllər baş verəcəkdir".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!