Günahı yada salıb peşman olmaq Allahın lütfüdür

Günahı yada salıb peşman olmaq Allahın lütfüdür
Qadın və Din
10.09.2017 18
Ey
Əbuzər! Əgər Allah-təala bəndələrindən birinə xeyir əta etmək istəsə,
günahlarını onun nəzərində böyük göstərər və günahı onun üçün
çətinləşdirər. Əgər birinin bədbəxtliyini istəsə, günahlarını ona
unutdurar».



Allah-təala
bütün insanlara lütf və məhəbbət göstərir. Əgər bir nəfərə məhəbbəti
olmasaydı, onu yaratmazdı. Lakin Allahın övliyalara xüsusi inayəti
vardır. Əgər bu dəstə qəflət üzündən günaha mürtəkib olarsa, onları
məsələdən xəbərdar etmək üçün günahı nəzərlərində mücəssəm etdirər (yəni
günahın sonrakı aqibətini onların gözündə canlandırar). Çünki günaha
batıb bədbəxtlik çalasına düşməyin ilk addımı, günahı yaddan çıxarmaqla
başlayır. Allahın bəzi bəndələrinə xüsusi inayəti olduğunu və onları heç
vaxt özbaşına buraxmadığını, eyni zamanda bəzilərinə qarşı etinasız
olub onları öz hallarına buraxdığını nəzərə alaraq, hər kəs öz üzərində
yoxlama aparıb müəyyən edə bilər ki, Allahın ona lütf və inayəti vardır,
ya yox. Əgər keçmiş günahlarını unutmayıb və günah ona ağır və çətin
gəlirsə, bilsin ki, Allahın inayəti onunladır. Lakin əgər günahını
yaddan çıxarır və onu yüngül hesab edirsə, Allahın ona inayəti
olmadığını bilməlidir.



Aydındır
ki, günahı yada salmaq günahın davamına mane olacağı təqdirdə
faydalıdır. Əgər bir nəfər günahını yada salıb, onu çiyinlərində ağır
yük olaraq hiss etməzsə, məlumdur ki, ikinci dəfə günaha əl atmaqdan
çəkinməyəcəkdir.



Əbu
Həmzə Somali duasında deyilir: «Mən o adamam ki, günahdan dönmək və
tövbə etmək üçün mənə möhlət vermişdin, (amma) mən günahdan əl çəkmədim.
Günahlarımı (gizli saxlayıb) üzərini örtdün, (amma) mən həya etmədim.
İkinci dəfə günaha əl atdım və həddimi aşdım. (bu səbəbdən) Sən də məni
Öz gözündən saldın».



Məlum
olur ki, Allah-təala bir nəfərin xeyirini istəyəndə, günahlarını onun
gözündə mücəssəm etdirir və bu günahları ona böyük bir dağ kimi görünür.
Əksinə olaraq, Allah inayətini kəsdiyi şəxsin əzaba düçar olmasını
istəyirsə, onu öz başına buraxır və bundan sonra günah ona asan görünür
və ona əhəmiyyət vermir.



Əlbəttə,
ilk növbədə Allah inayətini heç kimdən əsirgəmir və heç kimin
bədbəxtliyini istəmir. Lakin günahkar tərəf özünü alçaq işlərə
bulaşdırandan və günahına israr edəndən sonra Allah da onu belə müsibətə
giriftar edir.



Allah
üçün bəndəlik göstərib Ona yaxınlaşmaq istəyən kəs əzizdir. O insan,
Allah yanında alçaq hesab olunur ki, Allahdan uzaqlaşıb Onu unutmuş
olsun. Elə ki, Allahı unutdu, Allah da onu öz halına buraxır. Bu barədə
Quranda oxuyuruq:



«Siz möminlər o kəslərdən olmayın ki, Allahı unutdular, Allah da onları Özündən qafil etdi…»[1].скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!