İmam Hüseyn (ə)-dan hədislər

İmam Hüseyn (ə)-dan hədislər
Qadın və Din
10.09.2017 12
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...



İmam
Hüseyn (ə) buyurub: «Mən elə bir qətlə yetirilənəm ki, insanların
insani duyğularını təhrik edirəm. Elə bir mömin yoxdur ki, məni
xatırladıqda ağlamasın.»



İmam Hüseyn (ə) buyurub: Mənim şənim ölümdən qorxan adamın şəni kimi deyil.



İmam Hüseyn (ə) buyurub: "Əgər Məhəmməd (s)-in dini mənim ölümümlə qalarsa, ey qılınclar doğrayın məni!”



İmam
Hüseyn (ə) buyurub: Əgər bir şəxs bizim fəryadımızı eşidə, ya bizim
qaraltımızı görə, amma bizə kömək etməyə və fəryadımıza yetişməyə
Allahın haqqı vardır ki, onu üzü üstə cəhənnəmə atsın.



Aşura
günü İmam Hüseyn (ə) buyurub: «Pərvərdigara, Sənin qəza-qədərinə
razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa məbud yoxdur, ey fəryad
edənlərin fəryadına yetəni.»



İmam Hüseyn (ə) buyurubdur: "Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.”



Aşura
günü imam Hüseyn (ə) düşmənlərin müqabilində bu şüarı şücaətlə buyurub:
«Heyhat-heyhat, alçaqlıq və zillət bizdən çox-çox uzaqdır.»



İmam Hüseyn (ə) buyurubdur: İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.



İmam
Hüseyn (ə) buyurur: "Bə’zi insanlar dünyanın bəndəsidirlər və
dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə
yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.”



İmam Hüseyn (ə) buyurur: "Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.”



İmam Hüseyn (ə) buyurur: "Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.”



İmam Hüseyn (ə) buyurur: "Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.”



İmam Hüseyn (ə) buyurur: "Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mömin nə pis iş görər, nə də üzr istəyər.”



İmam Hüseyn (ə) buyurur: "Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.”



İmam Hüseyn (ə) buyurur: "Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.”



İmam Hüseyn (ə) buyurur: "Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”



İmam
Hüseyn (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Dünyaya
məhəbbət bəsləmək qəm-qüssəni artırar, zahidlik və pəhrizkarlıq isə qəlb
və bədənə aramlıq bəxş edər.”



Səfvan
Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Həsənə (ə) heybət və gözəl
davranışımı, Hüseynə (ə) isə səxavət və mehribanlığımı (əta etdim).”



Allahın
Rəsulu həzrət Muhəmməd (səlləllahu ələyhi və Alihi və səlləm)
buyurubdur: «Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir.»



İmam
Hüseyn buyurur: Allahın Rəsulunun(s) otağına daxil olduqda gördüm ki,
Übəyy ibni Kəb də onun yanındadır. Allahın Rəsulu mənə buyurdu: Ey Əba
Əbdillah, xoş gəlmisən! Ey göylərin və yerlərin zinəti!



Übəyy
Peyğəmbəri Əkrəmə (s) dedi: Ey Allahın Rəsulu (s), necə mümkün ola
bilər ki, səndən başqa bir şəxs göylərin və yerlərin zinəti olsun?!



Allahın
Rəsulu (s) buyurdu: Ey Übəyy, məni haqq olaraq peyğəmbərliyə seçən
Allaha and olsun, Hüseynin göydə olan məqamı yerdə olan məqamından
üstündür və həqiqətən ərşin sağ tərəfində «Hüseyn hidayət çırağı və
nicat gəmisidir» yazılmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!