Zəhra (s.ə) məktəbinin şagirdi Fizzə

Zəhra (s.ə) məktəbinin şagirdi Fizzə
Qadın və Din
10.09.2017 15
Bə`zən müəllimi onun şagirdinin vasitəsi ilə də tanımaq olar. Həzrət Zəhranın (s)

şagirdlərindən biri xidmətçisi Fizzə idi.

O, iftixar etdiyi
xidməti müddətində Zəhrayi Əthərin (s) məktəbindən dərslər öyrənmiş,
onu elm və əməldə həyata keçirmiş və həmişə Əhli-beytin (ə) yanında nur
kimi parlamışdı.

O "Nəvbə”
əhlindən idi. Geridə qalmış məntəqədən və səhrada yaşayan bir qövmdən
çıxsa da, Fizzə düşüncə, elm, Qur`an və hədisləri bilmək cəhətdən
yüksəlmiş və Zəhra (s) məktəbinin nümunəvi şagirdlərindən olmuşdu.

Əhvalatlardan
birində nəql olunur ki, Abdullah Məkkəyə tərəf getdiyi yolda karvandan
geri qalmışdı. Çöllükdə bir qadın gördü. Bu qadın da öz karvanından
geridə qalmışdı. Belə qərara gəldilər ki, karvana çatmaq üçün birlikdə
Məkkəyə tərəf yola düşsünlər. Yolda Abdullah o qadına nə dedisə, qadın
Qur`an ayəsi ilə onun cavabını verdi. Karvana çatanda o qadının
oğlanları çox sevindilər.

Abdullah onlardan soruşdu: "Bu qadın kimdir? Onunla hər nə danışdımsa, Qur`an ayəsi ilə cavab verdi”. 

Onlar
dedilər: "Bu qadın Xanım Zəhranın (s) kənizi və bizim anamız Fizzədir.
İyirmi ildir ki, dilində Qur`an ayələri ilə danışır”. Fizzə İmam
Hüseynin (ə) hərəkatında iştirak etmiş və Həzrət Zeynəblə (ə) birlikdə
olmuşdur. O, baş vermiş hadisələrdə Kərbəla şəhidlərinin yaxınları üçün
himmətli və sadiq bir xidmətçi sayılırdı. Biz bu vasitə ilə də
Fatimeyi-Zəhranın (s) məqamın dərk edə bilərik. O Həzrət (s) elm və əməl
meydanında belə bir kəniz yetişdirmişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!