Həzrət Ümmül Bənin

Həzrət Ümmül Bənin
Qadın və Din
10.09.2017 18
Əli ibn Əbu
Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki,
həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya
gətirsin. Həzrət Əlinin (ə) bu cür istəyində məqsəd nə olduğunu heç kəs
hətta Əqilin özü belə başa düşmədi. Zaman keçdi Kərbəla hadisəsi bu
sirrin üstündən pərdələri çəkdi. 

Sən, Ey Fatimeyi
Kəlabiyə! İffətinlə şöhrət qazanmışdın... O zaman sənin kimi xanımlar
olsa da nə üçün həzrət səni bəyəndi amma bunu bilirəm ki, sən Heydərin
(ə) evində gəlin oldun.

Yenə bəziləri qeybət etməyə başlamışlar ki, bundan sonra Həsən, Hüseyn, Zeynəb və Ümmü Külsüm günləri daha da qara olacaq. 

Lakin sən
mərifətini elə o zaman göstərərək həzrət Mövla Əli (ə) ilə şərt kəsdin
ki, bundan sonra məni Fatimə çağırma. Hər dəfə məni o gövhərin adı ilə
çağıranda uşaqların anaları üçün ağladığını görürəm. Əlinin (ə) evinə
gəldiyin birinci gündən Zeynəbə (s) ərz etdin ki, mən bu evin gəlini yox
xidmətçisi sən isə evin xanımısan. Bax bu cür başladı yaşayışınız və
camaatın bəhanəsi kəsildi, amma Allah Əliyə (ə) və sənə bir övlad əta
etdikdən sonra yenə də hər kəs bir söz deməyə başladı. Biri dedi: daha
bitti hər şey, bu da sonu, daha Zəhranın (s) övladları gözdən düşəcək
amma... .

Həmin gün Əli (ə)
və övladları süfrə başında oturmuşlar. Abbası qucağına alıb asta-asta
onların yanına gedib Abbası Zəhra (s) balalarının başına dolandıraraq
hamını heyran etdin. 

Abbasım sizə fəda
olsun! Yavaşca deyib ağlayırdın. Abbasım sənə fəda olsun Həsən can!
Abbasım sənə fəda olsun Zeynəb can! Abbasım sənə fəda olsun Ümmü Külsüm!
Nəhayət Abbasını Hüseynə (ə) fəda etdin. 

Adın Fatimə idi
amma Fatimə deyə çağırılmaq istəmirdin. İlk dəfə Fatimə çağırıldıqda
oturub göylərin və yerin xanımlar xanımı olan həzrət Fatiməyə (s) ahu
zar edib ağladın. Özünü onun əzəməti ilə müqayisə edib dedin: "Məni
Fatimə çağırma”. Fatimə peyğəmbərin (s) Kövsəri və varlıq aləminin
anasıdır. Əgər ləyaqətim varsa mən onun kəniziyəm.

Bəli düzdür ki,
sən Peyğəmbərin (s) Kövsəri deyildin amma amma onun məktəbinin məzunu
idin. Lakin bu gün Bəqi qəbristanlığı yeni qonağını qəbul edir. Bu gün
sən Fatimə binti Əsədin və imam Həsənin (ə) qəbri kənarında torpağa
tapşırıldın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!