Ölüm anında şeytanın hiyləsi

Ölüm anında şeytanın hiyləsi
Qadın və Din
10.09.2017 41
O
zaman ki, insan ölüm anında olar, canı bədənindən çıxmaq istəyər,
şeytan (lən) öz yoldaşları ilə bir yerdə başının üstünə gələr. Çalışar
ki, müxtəlif hiylələrlə imanını aradan aparsın. Bu, can verən insan üçün
ən ağır anlardır. (Tebyan)

İmam Sadiq (ə) buyurur: "Elə bir insan yoxdur ki, şeytan ölüm anında
məmurlarının biri ilə yanında hazır olmasın ki, onu vəsvəsə etsin.
Dinini şəkkə salsın və onu küfrə çəksin. Bu vəsvəsə o zamana qədər davam
edər ki, ruhu bədənindən xaric olar. Əgər can verənin imanı zəif
olarsa, şeytan asanlıqla onu ondan alar, dünyadan kafir gedər. Əgər can
verən həqiqi mömin olarsa, şeytan ona qələbə çala bilməz. Dinini və
imanını ala bilməz".

Həzrət (ə) başqa yerdə buyurur: "Nə zaman can verən insanın yanına
getsəniz, ona şəhadətləri təlqin edin ki, şeytanın ona ələ çatmasın".

Başqa hədisdə oxuyuruq: "O zaman ki, insan ölüm anında olar, şeytan
dostları ilə onun yanına gələrlər. Sağ və sol tərəfində əyləşərlər.
Deyərlər: "Dinini burax və de ki, Allah iki dənədir. Bu yolla sənə üz
verən bəladan nicat taparsan"".

"İnsan ölüm anında çox susuz olar. Şeytan da bu fürsətdən imanını
almaq üçün istifadə edər. Sərin su ilə dolu qabı əlində tutar və insanın
yanında əyləşər. Qabı hərəkət etdirər. Can verən də şeytanı
tanımadığına görə deyər: "Bu sudan bir qədər mənə ver ki, içim". Şeytan
cavabında deyər: "Əgər su içmək istəyirsənsə, de ki, dünyada Allah
mövcud deyildir". Əgər cavabını verməsə, üzünü çevirər. Şeytan hər
tərəfdən zahir olar və həmin qabı hərəkət etdirər. Mömin şəxs yenə su
istəyər. Şeytan deyər: "Əgər su içmək istəyirsənsə de Muhəmməd (s) mənim
peyğəmbərim deyildir". Əgər onun imanı zəifdirsə bu cümləni deyər. Bu
yolla da imanını şeytana verər, dünyadan kafir gedər. Bu zaman o məlun
suyu yerə tökər və qabı sındırıb deyər: "Mən öz işimi gördüm və sənə
ehtiyacım yoxdur". Ancaq əgər imanı möhkəm və sabit olarsa, şeytanın
sözünü rədd edər. Ona diqqət etməz".

Əgər insan istəyirsə ki, imanı şeytanın əlinə düşməsin, gərək din
alimlərinin tövsiyə etdiyi əməlləri yerinə yetirsin. Misal üçün, gecə
namazında Allahdan istəsin ki, imanını kamil etsin, şeytanı ondan uzaq
etsin və ona verdiyi nemətə görə şükür etsin. Güzəştli olsun və Allah
bəndələrinə zülm etməsin. Ədilə duasını çox oxusun. Məsumlara (ə) olan
etiqadını möhkəm etsin. Namazlarını zay etməsin.

Can verən insanın yaxınları həmin şəxsin yanında Quran oxumalıdırlar və ona şəhadətləri təlqin etməlidirlər.

İmam Sadiq (ə) buyurur: "O kəs ki, namazlarını qoruyar və onların
şərtlərini ilə yerinə yetirər o zaman ki, şeytan imanını almaq üçün
gələr, Ölüm mələyi o məlunu qovar. Şəhadətləri o şəxsə təlqin edər".

İmam Sadiq (ə) başqa yerdə buyurur: "Şeytan mümkündür ki, insanın
atası və ya babası simasında gəlsin və desin: "Məzhəbindən və imanından
əl çək. Çünki mən də bu dində idim və indi mənə buna görə əzab
verirlər"".

İmam Sadiq (ə) buyurur: "Ölülərinizi heç bir zaman tək qoymayın. Çünki şeytan onunla oyun oynayar. Daxillərinə ziyan vurar".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!