Kimlərin duası yerinə yetmir?

Kimlərin duası yerinə yetmir?
Qadın və Din
10.09.2017 59
Bir nəfər İmam Əliyə (ə) deyir ki, mənim duam niyə yerinə yetmir? Həzrət
(ə) cavabında buyurur: "Peyğəmbərdən (s) gələn hədisdə belə nəql edilir
ki, ümmətimin bir neçə dəstəsinin duası yerinə yetməz:

1. O insan ki, ata və anası üçün pislik istəyər.

2. (Borc alan insan,) borc verən insanın bədbəxt olması üçün dua edər
ki, onun yanına hansısa malı qoymuşdur. Nə ondan sənəd almış və nə də
şahid tutmuşdur.

3. O kişi ki, xanımının ziyanına dua edər, halbuki Allah həyat yoldaşının xilas olmasını onun əlində qərar vermişdir.

4. O kişi ki, evində əyləşər və deyər: "Pərvərdigara! Mənə ruzi ver!". Özü bayıra getməz və ruzi axtarmaz.

5. O kişi ki, Allah ona çoxlu mal verər və o, hamısını infaq edər və
sonra üzünü dua üçün çevirib deyər: "Pərvərdigara! Mənə ruzi ver!".
Allah ona buyurar: "Məgər sənə ruzi vermədimmi? Bəs niyə sənə əmr
etdiyim kimi, onu istifadə edən zaman mötədil olmadın? Niyə israf etdin?
Halbuki səni israfdan çəkindirmişdim?!

6. O kişi ki, qohumluq əlaqəsini kəsmək üçün dua edər".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!