Ər və arvaddan başqa insanların bir-birinin yanaqlarından öpməsinin hökmü nədir?

Ər və arvaddan başqa insanların bir-birinin yanaqlarından öpməsinin hökmü nədir?
Qadın və Din
10.09.2017 28
Sual:
Ər və arvaddan başqa insanların bir-birinin yanaqlarından öpməsinin
hökmü nədir? Bu hadisə məktəbli qız tələbələr arasında o qədər geniş
vüsət alıb ki, iki rəfiqə hər səhər görüşdükdə bir-birini öpürlər. Mən
ümumiyyətlə bu məsələyə dair islamın hökmünü dəlilləri ilə, xüsusilə də
bu qəribə hadisəyə dair hökmü bilmək istəyirəm 



Cavab: Həmd Allaha məxsusdur. 



Görüşərkən
şəriətimizdə buyurulan, məşru sayılan ibadət salam vermək və əl ilə
görüşməkdir. Əgər bir insan səfərdən qayıdıbsa onu bağrına basmağa,
qucaqlaşmağa şəriətdə icazə verilir. Amma hər dəfə görüşdükdə öpüşməyə
gəldikdə bu salam verməyin sünnətlərindən deyildir, əksinə bu əməlin
qadağan olunmasına dair rəvayətlər varid olmuşdur. 



Tirmizi
(2728) rəvayət edir ki, Ənəs ibn Malik radiyallahu anhu demişdir: "Bir
kişi dedi: Ey Allahın rəsulu, bizlərdən birimiz qardaşı və ya dostu ilə
görüşür. Ona baş əyməlidirmi, təzim etməlidirmi (belini bükməklə)? O
sallallahu aleyhi və səlləm dedi: Xeyr. O dedi: Onu qucaqlayıb
öpməlidirmi? O sallallahu aleyhi və sələm dedi: Xeyr. O soruşdu: Onun
əlindən tutub əllərini sıxmalıdırmı (müsafaha etməlidirmi)? O sallallahu
aleyhi və səlləm dedi: Bəli”. Şeyx Albani "Səhih Sünən əl-Tirmizi”
əsərində bu hədisi həsən olaraq təsnif etmişdir. 



Doğrudur, bəzi hallarda öpüşməyə icazə verilir. Məsələn, səfərdən qayıdarkən və s. 



Lakin
hər səhər qarşılıqlı şəkildə öpüşməyə gəldikdə, şübhəsiz ki belə bir
şey şəriətdə yoxdur, şəriətə ziddir. Bu müsəlman cəmiyyətlərinə yad
olan, müsəlman cəmiyyətinə yol tapan qəribə bir adətdir. Qorxulur ki, bu
cür əməl qəlblərində mərəz, xəstəlik olan kəslər üçün "bəhanə” ola
bilər. Bunun vasitəsilə "valeh olma” adlanan bir hadisədən haram
əyləncələrə dala bilərlər. 



Şübhəsiz ki, bu da "aludə olmaq, başdan çıxarmağın, eşqin” haram növlərindən biridir. 





İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: 



Səyahətdən
qayıdan və s.-uşaqdan başqa-kəsi qucaqlamaq və üzündən öpmək məsələsinə
gəldikdə bu məkruhdur. Bu məsələ necə ki, Əl-Bəğavi və digərləri
tərəfindən açıq-aydın ifadə edilmişdir...Yaraşıqlı saqqalsız gəncə
gəldikdə istənilən halda onu öpmək haramdır, fərqi yoxdur istər o
səhayətdən gəlsin və yaxud gəlməsin. Görünür ki, qucaqlamaq onu öpməyə
yaxındır, fərq etməz öpən və öpülən kəslər saleh və yaxud başqa cür
olsunlar. Sitatın sonu. "Əl-Məcmu 4/447” 



Fətvalar üzrə Daimi Heyətin üləmalarından soruşmuşdurlar: 



Hər
görüşlərində, hər gün gənclərin bir-birinin yanaqlarından öpmələri kimi
bir adət var. Bu adət həmçinin məsciddə və sinif otaqlarında yaşlı
kişilər arasında da yayılmışdır. Bu əməl Sünnətə ziddirmi yoxsa bunu
etməkdə bir qəbahət yoxdur? Bu bidətdirmi, yoxsa asilik və ya buna icazə
verilir? 



Onlar bu cür cavab vermişdirlər: 



Şəriətdə
buyurulan, məşru olan budur ki, görüşəndə salam vermək və əl ilə
görüşmək lazımdır. Əgər görüş səfərdən sonra isə, o zaman qucaqlaşmaq
olar. Çünki rəvayət olunmuşdur ki, Ənəs (Allah ondan razı olsun)
demişdir: "Peyğəmbərin sallallahu aleyhi və səlləm əshabələri görüşərkən
əllərini bir-biri ilə sıxardılar və səfərdən gələndə isə
qucaqlaşardılar”. 



Yanaqlardan öpməyə gəldikdə buna dəlil təşkil edən hər hansı sünnət bilmirik. Sitatın sonu. 



"Fətəvə əl-Ləcnə əd-Dəimə 24/128” 



Şeyx
Albani (Allah ona rəhmət etsin) "Silsilət əl-Əhədis əl-Səhihə (1/74,
Hədis ? 160) əsərində demişdir: Cavabımızın əvvəlində qeyd etdiyimiz
kimi bu Tirmizinin rəvayət etdiyi hədisdir. 



Həqiqət
budur ki, hədis açıq-aşkar dəlalət edir ki, görüşərkən öpüşmək islam
dinində buyurulmamışdır, məşru deyiil. Bu hökmə uşaqları və yaxud öz
həyat yoldaşını öpmək aid deyil. Bu da əlbəttə ki, aydın məsələdir. 



Müxtəlif
vaxtlarda (vaqiələrdə) peyğəmbərin sallallahu aleyhi və səlləm
səhabələrindən bəzilərini öpməsini bildirən hədislərə gəldikdə-məsələn
Mədinəyə gələndə Zeyd ibn Hərisəni öpərək qucaqlaması, Əbul Heysəm ibn
əl-Teyhanı qucaqlaması və s.- buna aşağıdakı bir neçə yöndən cavab
vermək olar: 



1. Bu hədislər dəlil təşkil etməyən qeyri-səhih hədislərdir. 



2.
Hətta sözügedən hədislərdən bəziləri səhih olsaydı, o hədislər bu
hədisə qarşı dəlil kimi istifadə edilə bilməz. Çünki bu peyğəmbərin
sallallahu aleyhi və səlləm etdiyi bir əməldir. Bunun xüsusi hallara
tətbiq olunduğunu söyləmək olar. Və yaxud bunun üçün xüsusi səbəb ola
bilər. Bu da həmin hədisin dəlil kimi istifadəsini bu hədisdən fərqli
olaraq qeyri-münasib edir. Belə ki, bu hədis "sözlü (qövl)” hədisdir,
hədisdə ümumi şəkildə ümmətin hamısına müraciət edilir. Beləcə bu rədd
olunması mümkün olmayan güclü bir dəlildir. Usul elmi sahəsində
qaydalardan biri budur ki, "mübahisə yarandıqda "sözlər (qövllər)
əməllər üzərində” üstünlük təşkil edir”. Qadağana dəlalət edən hədis,
bunun icazəli olduğuna dəlalət edən hədislər üzərində üstünlük təşkil
edir. Bu hədis "sözlüdür” və qadağana dair dəlildir, ona görə də hətta
səhih olsalar belə qeyd olunan digər hədislər üzərində üstünlük təşkil
edir. 



Eynilə,
qucaqlaşmaq və bağrına basmaq məsələsində də deyirik ki, bu şəriətdə
buyurulmamışdır. Hədis bunu qadağan edir. Lakin Ənəs radiyallahu anhu
demişdir: "Peyğəmbərin sallallahu aleyhi və səlləm əshabələri görüşərkən
əlləri ilə görüşərdilər və səfərdən qayıtdıqda qucaqlaşardılar”. Bu
hədisi ət-Təbarani "əl-Əvsat” əsərində rəvayət etmişdir və hədisin
rəvayətçiləri "səhih” şəxslərdir. Necə ki, bunu əl-Munziri (3/270) və
əl-Beyhaqi (8/36) bildirmişdirlər. 



Əl-Beyhaqi
(7/100) Şabidən səhih isnadla rəavyət edir ki, Muhəmmədin sallallahu
aleyhi və səlləm əshabələri görüşərkən bir-birinin əllərini sıxardılar
və səfərdən qayıtdıqda bir-birini qucaqlayardılar. 



Əl-Buxari
"əl-Ədəb əl-Müfrəd” (970) və Əhməd (3/495) rəvayət edir ki, Cabir ibn
Abdullah demişdir: "Mən bir nəfərin bir hədis eşitdiyini və bunu Allah
rəsulundan sallallahu aleyhi və səlləm duyduğunu eşitdim. Dərhal bir
dəvə aldım, əşyalarımı onun üzərinə yüklədim və bir ay yol getdikdən
sonra Suriyaya çatdım. Orada Abdullah ibn Üneysi tapdım. Qapıçıya dedim:
Ona de ki: Cabir qapıdadır. O dedi: İbn Abdullah? Mən dedim: Bəli. O...
çıxıb gəldi və mənim boynuma sarıldı, mən də onu qucaqladım...Əl-Hafiz
(1/195) bildirdiyi kimi bu hədisin isnadı həsəndir. Əl-Buxari bunu
müəlləq hədislər arasında rəvayət etmişdir. 



Nəticədə,
demək olar ki, səfər misalında qucaqlaşmaq məsələsi qadağanın hökmünə
daxil deyil. Çünki səhabələr bu cür etmişdirlər. Sitatın sonu. 



Allah daha yaxşı bilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!