Nəfsin arzularının acısı Axirətdə hiss ediləcək

Nəfsin arzularının acısı Axirətdə hiss ediləcək
Qadın və Din
10.09.2017 26
İbrahim əl-Havvas rahiməhullah belə izah etmişdir:

"Luka dağında idim. Bir nar ağacı gördüm və canım nar çəkdi. Ağaca
yaxınlaşıb bir dənə qopardım. İkiyə bölüncə hələ yetişməmiş olduğunu
gördüm. Narı buraxıb yoluma davam etdim. Bir az irəlidə, başına iri
eşşək arıları toplanmış olan yerə uzanmış bir adam gördüm. adama:

- Əssəlamu əleykum! Dedim.

- Və aleyke's-salam ey İbrahim! Deyərək salamımı aldı. Adımı söylədiyi üçün çox heyrətləndim. ona;

- Sən məni haradan tanıyırsan? Deyə soruşdum.

mənə;

- Buralarda kim dolaşır ki belə! Deyə cavab verdi.

Mən də ona;

- Sən də Allaha yaxın bir hal görürəm! Səni bu eşşək arılarından qurtarmasını Ondan istəsəydin ya! Dedim.

Adam da mənə belə dedi.

- Mən də səndə Allaha yaxın bir hal görürəm! Sən də canının bir şey
çəkdiyində nəfsinin arzularından səni qurtarmasını Allahdan istəsəydin
ya! Çünki nəfsin arzularıyla nar yeyən ağrısını axirətdə çəkər; lakin
eşşək arılarının verdiyi acı dünyada hiss edilər. "

- İmam Yâfiîскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!