Nə üçün dualarımız qəbul olunmur?

Nə üçün dualarımız qəbul olunmur?
Qadın və Din
10.09.2017 15
Bir
gün Peyğəmbərdən (s) soruşdular: "Nə üçün bizim dualarımız qəbul
olunmur? Halbuki, Allah-təala buyurur: "Məni çağırın, Mən də sizə cavab
verim."

Həzrət (s) buyurdu: "On şey sizin qəlbinizi öldürüb:

1. Allahı tanıyıb öz bəndəlik vəzifələrinizi yerinə yetirməmisiniz.

2. Quranı oxuyub ona əməl etməmisiniz.

3. Peyğəmbərlə dost olduğunuzu iddia edirsiniz, lakin övladları ilə düşmənçilik etdiniz.

4. Şeytanla düşmən olduğunuzu deyirsiniz, lakin onun ardıcıllarındansınız.

5. Dediniz ki, behişti istəyirik, lakin heç bir əməl yerinə yetirmədiniz.

6. Dediniz oddan qorxuruq, lakin bədənlərinizi ora atdınız.

7. Camaatın eyiblərini araşdırmaqla məşğul oldunuz, lakin öz eyiblərinizdən xəbərsiz oldunuz.

8. Dünyaya düşmən olmağınızı dilə gətirdiniz, lakin var-dövlət toplamaqla məşğul oldunuz.

9. Ölümü iqrar etdiniz, lakin ona hazırlaşmadınız.

10. Ölüləri torpağa tapşırdınız, lakin bundan ibrət almadınız. Bütün bunlara görə də dualarınız qəbul edilmir."

(Ayətullah Meşkini, "14 məsumun (ə) buyurduqları və 1001 hikmətli söz" kitabından)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!