İçki içməyin günahı

İçki içməyin günahı
Qadın və Din
10.09.2017 7
İçki
içmək böyük günahdır və bütün pisliklərin başlanğıcıdır. İçki ağlı
aparır, malı israf edir, xəstəliklərə səbəb olur və insanı hörmətdən
salır. İçki insanlar arasında düşmənçilik yaradır, Allahı xatırlamağı
unutdurur, zinaya (ailədən kənar cinsi əlaqə) sövq edir, hətta qətlə
səbəb olur. İçkili insanlar asanlıqla Allahın hədlərini aşırlar. İçki
nəticəsində neçə-neçə ailələr dağılmış, varlı adamlar müflis olmuş,
evlərdən bərəkət getmiş, əvəzinə bəla və müsibət gəlmişdir.

Uca
Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də,
qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da
şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə
nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar
vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən
və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (əl-Maidə,
90-91) 

Peyğəmbər
(sallallahu aleyhi və səlləm) demişdir: "Allah içkini sıxana, sıxdırana,
içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın
alana və aldırana lənət etmişdir" (Tirmizi, Sehr, 59; Əbu Davud, Əşribə,
2) 

"İçkiyə aludə olan heç kim Cənnətə girməyəcək" (İbn Macə, 3376) 

İçkini necə tərgitmək olar?



Digər
günahlar kimi içkini də yalnız Allaha dua edərək ondan yardım istəməklə
tərgitmək olar. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları
oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən
çəkindirir" (əl-Ənkəbut, 45) 

Peyğəmbər
(salallahu aleyhi və səlləm) demişdir: "Kişi öz dostunun dinindədir.
Elə isə sizdən hər biriniz kiminlə dost olduğuna fikir versin" (Əbu
Davud, Tirmizi) . Bu səbəbdən günaha aparan dostlardan uzaqlaşmaq,
mömin, xeyirli insanlarla dostluq etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!