Hikmətli nəsihətlər

Hikmətli nəsihətlər
Qadın və Din
10.09.2017 8
*Sərtlik
tələb olunduğu məqamlarda yumşaqlıq zərər gətirə bilər. Yumşaqlıqla
düşməni dost eləyə bilməzsən, əksinə, onun iddialarına qol-qanad vermiş
olarsan. (Sə'di)



*Alicənab
insana ümumi hörmətin dalınca qaçmaq yaraşmaz, qoy hörmət öz-özünə
gəlsin, heç istəmədiyi halda. O adam ki hörməti axtarır, o, öz əsl
xasiyyətini üzə çıxarır.



*Cəmiyyətdə kar adamı bədbəxt hesab edirlər, amma niyə görə, o axı biz dediklərimizi eşitmir.



*Nə istəyərdim ki, əclaf adam tənbəl olaydı, sarsaq isə həmişə susaydı. 



*Kamillik
iki cürə olur — hamı tərəfindən qəbul edilmiş, digəri isə artdıqca
ucaldan. Birinci — kor siçanın kamilliyi, ikinci — qartal kamilliyi bu
isə ondan ibarətdir ki, həmin insan qorxmadan xasiyyətinə uyğun
hərəkətləri edir və bundan çıxan bütün çətinlikləri və narahatçılığını
qəbul edir.



*Ağıl — ədavətdir, amma lazımlı ədavətdir.



*Elə
insanlar var ki, nəyin bahasına olursa-olsun birinci olmaq istəyirlər.
Onlar həmişə gözə girməklə məşğuldurlar, lap belə bazarda çağıranlara da
bənzəyirlərsə, o heç də vacib deyil, əsas özünə göz cəlb etmək və
bundan ötəri səhnəyə, taxta, kötük parçasına baş qoymağa da hazırdırlar.



*Sarsaqlıq — ağılsızların şahzadəsidir.



*O gün ki insan gülməyib, deməli ən vacibsiz gün keçirib.



*Pisliyi başa düşəndə, ölümə nifrət edirsən, cəmiyyətin qüsurlarını başa düşəndə, həyata nifrət etməyə başlayırsan.



*İnsanda qaydalar yoxdursa, deməli onun xasiyyəti də yoxdur. Əgər onun xasiyyəti olsaydı, o, qaydaların vacibliyini hiss edərdi.



*Məşhur olmaq sadəcə olaraq səni tanımayan adamlara tanış olursan.





*H.Seyli
«Həddindən artıq əllaməlik», yəni özünü «hər şeyi bilən» kimi
göstərməyin təhlükəsindən, hər şeyi görməyə, hər yerə can atmağa cəhd
eləmək adətindən tövsiyə edirdi.



*Cüneyd
Bağdadidən soruşmuşlar: «İlahi bir bilgi olan mərifət nədir?» O,
cavabında: «Mərifət, uca Allahın elmi yanında insanın öz cəhalətini başa
düşməsidir.»



*Cəlaləddin
Rumi demişdir: «Ya göründüyün kimi ol, ya olduğun kimi görün.» Böyük
orta əsr mütəfəkkiri Əl-qəzəli demişdir: «İnsanlar da ağaclar və
bitkilər kimidir. Bəzilərinin kölgəsi var, meyvəsi yox və yaxud meyvəsi
var, kölgəsi yoxdur. Bəzilərinin şəm meyvəsi var, həm də kölgəsi var.
Bəziləri isə qara tikan kimidirlər, nə meyvələri, nə də kölgələri var.»скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!