Əstağfirullah deyəndə hansı 6 məna ehtiva olunur?

Əstağfirullah deyəndə hansı 6 məna ehtiva olunur?
Qadın və Din
10.09.2017 12
Bir
nəfər İmam Əlinin (ə) yanında deyir: "Allah dərgahından günahlarıma
görə bağışlanma istəyirəm". İmam (ə) ona buyurur: Anan yasına əyləşsin.
Bilirsənmi ki, istiğfarın mənası nədir? İstiğfar şəfərli və mənəvi
cəhətdən yüksək səthdə qərar tutanların məqamıdır. İstiğfar bir kəlmədir
("Əstəğfirullah"). Ancaq 6 mənaya malikdir:



1. Keçmiş günahlara görə peşman olmaq.

2. Günaha bir daha qayıtmayacağına görə qəti qərara gəlmək.

3. Haqqun-nası əda etmək. Allahla elə halda görəşəsən ki, heç kəsə borcun qalmasın.

4. Haqqullahı yerinə yetirmək.

5.
Haram yediyin maldan bədənində əmələ gələn ətə diqqət etmək və onu
keçmiş günahlarından peşman olmaq halı ilə əritmək, o zamana qədər ki,
yerində yeni ət əmələ gəlsin.

6. İtaətin çətinliyini özünə elə daddırasan ki, günahın ləzzət və şirinliyini daddırmışdın.

Bunları etdikdən sonra deyəsən "Əstəğfirullah". Allahım, dərgahından bağışlanma istəyirəm". (Erfan)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!