Şeytanı ən çox narahat edən nədir?

Şeytanı ən çox narahat edən nədir?
Qadın və Din
10.09.2017 5
Günlərin birində lənətlik iblis Yəhyaya demişdir: "O zaman ki, yeməkdən
doyursan - ağırlaşırsan və Allahınla münacat etməyə, namaz qılıb, dua
etməyə rəğbətsiz olursan”. Yəhya şeytanın bu sözlərini eşidən kimi
başını aşağı saldı və dedi: "Allaha and olsun ki, bundan sonra qarnımı
yeməklə doldurmayacağam”. Şeytan qəzəbindən qızarır və Yəhyadan
uzaqlaşaraq, deyir: "Allaha and olsun ki, mən də heç vaxt möminə nəsihət
verməyəcəyəm”.
Şeytanı Peyğəmbər (s) ümmətindən ən çox nə narahat edir?
Əvvəl odur ki, müsəlmanlar bir-birini görəndə salam verirlər. Salam -
Allahın adlarındandır. Hər kim salam verər, Allah onu hər bir bəladan və
əziyyətdən uzaq edər. Hər kim salamın cavabını verər, Allah Təala
rəhmətini ona şamil edər.
İkincisi odur ki, o zaman ki, bir-birini görürlər, əl verirlər. Bu
əməlin savabı o qədər böyükdür ki, bir-birindən əllərini çəkməmiş Allah
hər ikisinə rəhm edər.
Üçüncüsü odur ki, yemək yeməyə başlayan və iş görməyə başlayan zaman
"Bismilləhir-Rahmənir-Rahim!”deyərlər. Şeytanı orada iştirak etməkdən
məhrum edərlər.
Dördüncüsü odur ki, danışan zaman "İnşəallah” kəlməsini işlədirlər.
Allahın qəzasına razı olurlar. Şeytan da onların bu işlərini korlaya
bilmir və şeytanın zəhməti zay olar.
Beşinci odur ki, şeytan səhərdən axşama qədər çalışır ki, onları günaha
batırsın. Günah işlədən zaman isə gecə olan kimi tövbə edərlər. Şeytanın
zəhməti hədər gedər və Allah həmin bəndənin günahlarını bağışlayar.
Altıncı odur ki, Peyğəmbərin (s) adını eşidən zaman yüksək səslə salavat
deyərlər. Şeytan onun savabını bildiyi üçün narahat olub, qaçar. Çünki
bu əməlin savabını görməyə taqəti qalmaz.
Şeytan sədəqə verilməsindən niyə narahat olur?
Bir gün Peyğəmbəri-Əkrəm (s) şeytandan soruşur: "Ey məlun! Niyə sədəqə
verməyə mane olursan?” Şeytan dedi: "Ey Allahın Rəsulu! Sədəqədə beş
xüsusiyyət vardır. 1. Malı artırar. 2. Xəstələrə şəfa verər. 3. Bəlaları
dəf edər. 4. Sədəqə verən Sirat körpüsündən sürətlə keçər. 5. Hesabsız
hesab verməyə gələr və onun üçün əzab yoxdur”. Peyğəmbər (s) şeytandan
bu sözləri eşidəndən sonra buyurdu: "Allah əzabını artırsın?”
İslam ümmətində şeytanın dostları
Bir gün Həzrət Peyğəmbər (s) şeytana buyurur: "Ey lənət olası! Sənin
mənim ümmətimdə neçə dostun var?” Şeytan dedi: "On iki nəfərdir.
1.Fırıldaqçı əmir. 2. Xudbin varlı. 3. O kəs ki, haradan gətirdiyinə və
hara xərclədiyinə görə qorxu hiss etmir. 4. O alim ki, zalım padşahın
zülmünü təsdiq edər. 5. Xain ticarətçi ki, ticarətində insanlara xəyanət
edər. 6. İnsanlardan malı ucuz alıb, bahalaşması üçün saxlayan
möhtəkir. 7. Zinakar. 8. Ribaxorlar. 9. Malını insanlara paylamaqdan
paxıllıq edən və başqalarını da bu işdən məhrum edən insanlar. 10. O
insanlar ki, namazlarında süstlük edir və ona diqqət etmirlər. 11. O
kəslər ki, insanların içində söz gəzdirirlər və onları bir-birinin
üstünə salırlar. 12. O insanlar ki, məst və huşsuzdurlar”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!