Hamımız sınaqdayıq

Hamımız sınaqdayıq
Qadın və Din
10.09.2017 5
Verməyin
ləzzəti almağın ləzzətindən çox-çox üstündür. Peyğəmbərimiz buyurur ki,
verən əl alan əldən daha xeyirlidir Qonşuluğunda tənha bir qarı
yaşayır: min adda ehtiyacı var. O, sənin imtahanındır. Sən o qonşunla
sınağa çəkilirsən. O qarı səndən razı olarsa, Allah da səndən razı olar.




yerinin yanında bir şikəst var. Avtomobil qəzasında iki ayağını, bir
qolunu itirib. Bircə əli işə yarayır ki, onu da sıxıla-sıxıla adamlara
uzadır. O da sənin sınağındır. Məsələ onu doyurmaqda, onun bütün
ehtiyaclarını həll etməkdə deyil, məsələ sənin səmimiyyətində, hansı
duyğu ilə ona əl tutmağındadır. Kasıb az bir sədəqə ilə dünyaların
sərvətini qazana bilər. Hər kəs öz imkanları ilə sınağa çəkilir. Sənin
verdiyin bir çörək pulu sənə cənnət nemətlərini qazandıra bilər.

Hamımız
sınaqdayıq. Hamımız bir-birimizlə sınağa çəkilirik. Qonşumuzla,
dostumuzla, yanımızdakı o tənha qarı ilə, yolumuzun üstündəki o
şikəstlə, yetimlərlə, hamımız sınaqdayıq, hamımız... Sərvətimizlə sınağa
çəkilirik, işimizlə sınağa çəkilirik, övladımızla sınağa çəkilirik,
imkanlarımızla sınağa çəkilirik...

Peyğəmbərimiz
həzrəti -Məhəmməd (s.ə.s.): "bütün müsəlmanlar tək vücud kimidirlər", -
buyurmuşdur. Yəni müsəlman dünyanın harasında olursa-olsun müsəlman
qardaşının dərdinə şərik olmalı, onun ağrısını öz canında hiss
etməlidir. Bir yerin ağrıyanda həkimə ətək-ətək pul tökürsən ki, şəfa
tapasan. Bəlkə sənin o müsəlman qardaşına verdiyim bir miqdar pul neçə
ağrının, neçə

dərdin
qarşısını alacaq, Allah-Təala neçə günahımızı o sədəqəyə bağışlayacaq.
Neçə bəla hələ sənə çatmamış geri dönəcək. Yəni bir qədər fərqli
düşünək. Hər şeyə maddiyyatın gözü ilə baxmayaq. Verməyin ləzzəti
almağın ləzzətindən çox-çox

üstündür. Peyğəmbərimiz buyurur ki, verən əl alan əldən daha xeyirlidir. Buyurun, qarşınızda bir sınağımız var.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!