İslama iman gətirən ilk şəxs

İslama iman gətirən ilk şəxs
Qadın və Din
10.09.2017 29
Əli (ə)-ın
həyatının ikinci hissəsini besətdən sonra və hicrətdən əvvəlki dövr
təşkil edir. Bu dövr on üç ildən artıq olmamışdır. Əli (ə) bütün bu
müddət ərzində Peyğəmbərin (s) hüzurunda olmuş və müəyyən vəzifələri
öhdəsinə almışdı. Bu dövrün həssas və maraqlı məsələləri Imam (ə)-a
nəsib olmuş bir çox iftixarlardır. Belə ki, bu iftixarlar tarix boyu Əli
(ə)-dan başqa heç kəsə nəsib olmamışdır. Onun ilk iftixarı islamı
hamıdan əvvəl qəbul etməsi, daha dəqiq desək, qəbul etmiş olduğu
çoxdankı müsəlmançılığını aşkar etməsi idi. Islamı qəbul edib tövhid
ayininə iman gətirməkdə qabaqcıl olmaq Quranın təkid etdiyi işlərdəndir.
Quran aşkar şəkildə elan edir ki, islamı qəbul etməkdə qabaqcıl olan
şəxslər Haqq-Taalanın razılığını kəsb etməkdə və ilahi rəhmətə nail
olmaqda da qabaqcıldırlar. Quran "islamı qəbul etməkdə qabaqcıl olmaq"
mövzusuna o qədər əhəmiyyət vermişdir ki, hətta Məkkənin fəth
olunmasından əvvəl iman gətirib Allah yolunda öz mal və canlarından
keçənləri, məkkəlilərə qələbə çaldıqdan sonra iman gətirib cihad
edənlərdən üstün tutmuşdur. İslamın ilk çağlarındakı müsəlmanlara və
Mədinəyə mühacirət etməzdən əvvəl islamı qəbul edənlərə gəldikdə isə,
onlara daha artıq üstünlük verilir.

Izah:
Məkkə şəhəri hicrətin səkkizinci ilində fəth edilmişdi və islam
Peyğəmbəri (s) besətdən on səkkiz il sonra bütpərəstlərin sığındıqları
Məkkə şəhərini fəth etmişdir. Məkkənin fəth edilməsindən əvvəl iman
gətirənlərin imanlarına ona görə üstünlük verilir ki, onlar hələ islamın
Ərəbistan yarımadasında hakimiyyətə çatıb qüvvəyə minmədiyi, hələ də
bütpərəstlərin mərkəzlərinin alınmaz bir qala sayıldığı və müsəlmanların
mal və canlarını növbənöv təhlükələr qarşısında təhdid olunduğu bir
vaxtda iman gətirmişdilər. Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsi,
Ovs və Xəzrəc qəbilələrinin, eləcə də Mədinə ətrafındakı qəbilələrin
islamı qəbul etmələri nəticəsində müsəlmanların nisbi qüdrət əldə edərək
hərbi əməliyyatların çoxunda qələbə çalmalarına baxmayaraq, təhlükə
tamamilə aradan qaldırılmamışdı. Islamı qəbul edib mal və candan
keçməyin yüksək bir dəyərə malik olduğu halda, sözsüz ki, Qüreyşin
qüdrətindən başqa bir qüdrətin, barışmaz və düşmən qüvvələrindən başqa
bir qüvvənin olmadığı bir şəraitdə imanı aşkar edib islamı qəbul etmək
daha artıq və daha yüksək bir dəyərə malik olmalıdır. Məhz bu səbəbdən
də Məkkədə və Peyğəmbərin dostları arasında islamı hamıdan əvvəl qəbul
etmək heç bir fəzilətlə müqayisə oluna bilməyən iftixarlardan hesab
olunurdu. Ömər özünün xilafəti dövründə islamın ilk çağlarında işkəncəyə
məruz qalmış altıncı müsəlmandan-Xəbbabdan soruşdu ki, Məkkə müşrikləri
səninlə necə rəftar etmişdi? O, öz köynəyini çıxarıb kürəyindəki
yanıqları və işkəncə izlərini xəlifəyə göstərdi və dedi ki, dəfələrlə
mənə dəmir zireh geyindirir, saatlarla Məkkənin qızmar havasında,
yandırıcı günün altında saxlayırdılar, bəzən od qalayıb məni odun
üzərinə atır və od sönənə qədər onun üstündə o tərəfə-bu tərəfə
sürüyürdülər.

Bəli, doğrudan da
ən böyük fəzilət və mənəvi üstünlük islam yolunda hər cür əzab-əziyyət
və işkəncələrə canla-başla sinə gərərək bu cətinliklərə səmimi qəlbdən
qəbul edən şəxslərə məxsusdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!