Fatimə necə doğuldu?

Fatimə necə doğuldu?
Qadın və Din
10.09.2017 18
İmam
Sadiqdən (ə) nəql olunub: Xədicə (s) həzrət Məhəmmədə (s) ərə gedəndə
Məkkənin varlı qadınları tərəfindən məzəmmət olundu. Çünki cahiliyyət
ənənələrinə görə Xədicə kimi varlı bir qadın Məhəmməd (s) kimi kasıb bir
şəxsə uyğun deyildi. Bu səbəbdən də Xədicə (s) tənha qaldı.

Xədicə
(s) Fatiməyə hamilə oldu. Fatimə ansının bətndə olan vaxtlarda, anası
ilə danışardı, onu səbirli olmağa ruhlandırardı. Xədicə bu məsələni
həzrət Məhəmməddən gizlətsə də, bir gün həzrət otağa daxil olanda
Xədicənin kiminləsə danışdığını gördü. Peyğəmbərin sualı qarşısında
Xədicə məsələni açdı. Həzrət (s) buyurdu: «Cəbrail mənə xəbər verib ki,
bu körpə qızdır və mənim nəslim onun vasitəsi ilə davam edəcək. O,
imamların, mənim canişinlərimin anası olacaq».

Hamiləlik dövrü
başa çatdıqdan sonra doğum məqamı yaxınlaşdıqda Xədicə bəzi Qureyş
qadınlarından kömək istədi. Amma müsbət cavab almadı. Bu onu
kədərləndirdi. Bu vaxt Xədicə dörd qadın müşahidə etdi. Onlardan biri
dedi: «Biz sənin bacılarınıq – Sarə, Asya, Məryəm, Gülsüm (Musanın (ə)
bacısı). Allah bizi sənə yardım üçün göndərib». Bəli, dünyanın ən pak
qadınları Xədicəyə yardıma gəldi.(«Bəhar».)

Fatimə (s)
doğulanda Məkkənin, eləcə də dünyanın bütün evlərində nuranilik vardı.
Zəhra nurunun saçılmadığı guşə yox idi. Əlində teştlər, kovsər dolu
qablar on huri otağa daxil oldu. Fatiməni (s) kovsər suyunda çimirib, ağ
və ətirli parçalara bürüdülər. Zəhra dilə gəlib, şəhadət kəlmələrini
dedi: «Şəhadət verirəm ki, bir Allahdan başqa məbud yoxdur və atam onun
peyğəmbəridir».

Fatimə (s) belə doğuldu. Bir günəş doğdu ki, bütün dünyanı nura boyadı və heç zaman qürub etməyəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!