Əli (ə)-ın anasının şəxsiyyəti

Əli (ə)-ın anasının şəxsiyyəti
Qadın və Din
10.09.2017 21
Onun anası
Haşimin oğlu Əsədin qızı Fatimə (Fatimə binti Əsəd) və peyğəmbərə iman
gətirən ilk qadınlardan biridir. O, besətdən qabaq Ibrahim (ə)-ın
ayininə itaət edirdi. O, həmin ismətli qadındır ki, doğum ağrısı
şiddətlənəndə Kəbənin divarına yaxınlaşır və belə deyir: "Ilahi, Sənə,
Sənin tərəfindən göndərilən peyğəmbərə, nazil olan kitablara və həmçinin
bu evi tikənin–cəddim Ibrahimin sözlərinə tam imanım vardır.
Pərvərdigara, bu evi tikənin ehtiramına və mənim bətnimdə olan uşağın
xatirinə bu uşağın təvəllüdünü (doğuşunu) mənim üçün asan et!"

Bir
neçə an keçmədi ki, Fatimə möcüzəli şəkildə Allah evinə daxil oldu və
orada uşağı dünyaya gətirdi. Bu böyük və fəzilətli hadisəni tarix, hədis
və ənsab elminin alimləri öz kitablarında nəql etmişlər. Sünnü
alimlərinin arasında da bir çoxları bu həqiqəti aydın şəkildə göstərmiş,
onu Əli (ə) üçün misilsiz bir fəzilət hesab etmişlər. Hakim Nişapuri
deyir: "Əli (ə)-ın təvəllüdünün Kəbənin daxilində olması mütəvatir
şəkildə bizə gəlib çatmışdır." Tanınmış müfəssir Alusi Bağdadi yazır:
"Əli (ə)-ın təvəllüdünün Kəbədə olması dünya millətləri arasında yayılıb
məşhurlaşmış və indiyə kimi heç kim belə bir fəzilətə nail olmamışdır."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!