Hz. Fatimə (s.ə.)-ın uşaqlığı

Hz. Fatimə (s.ə.)-ın uşaqlığı
Qadın və Din
10.09.2017 5
Fatimə atası Məhəmmədin evində və onun dini təlim və tərbiyəsi altında yetişib. Uşaqlıq
dövrü İslamın yetişməyə başladığı və rəqiblər tərəfindən müsəlmanlara
məhdudiyyət qoyulan dövrlərdir. Bütünlüklə müsəlmanlar üçün imtahan və
işgəncələrin olduğu dövrdür. Bu dövr quru və yandırıcı Şeb-Əbu Talib dərəsində
aclıq, susuzluq və əzablarla keçən iqtisadi və sosial blokada və
mühasirənin olduğu dövrdür. Bu dövrlər eyni zamanda Fatimənin
yaxınlarını itirdiyi dövrdür: Anası Xədicə və eyni şəkildə atası
Məhəmmədin ən önəmli himayəçisi olan Əbu Talibin həyatlarını itirdiyi
dövrdür.Məhz
bu dövrlərdə atası Məhəmmədi himayə etməsi və onu sakitləşdirməyinə
görə atası ona "Ümmü Əbiha" (atasının anası) ləqəbini vermişdir. Bu da
onun Məhəmmədin yanındakı dəyər və məqamını ortaya qoymaqdadır. Müsəlmanların
Məkkədən Yəsribə (Mədinətun-Nəbi, sonradan sadəcə Mədinə) hicrətləri də
bu dövrlərdə baş vermiş və sonralar bu hicrət İslam tarixinin
(təqvimin) başlanğıcı olaraq qəbul edilmişdir. Məhəmməd Mədinəyə getdikdən sonra, ailəsi də oraya getdi. Bəlazuri belə yazır: "Zeyd b. Harisə və Əbu Rafi, Fatimə və Ümmü Gülsümü ora aparmaqla vəzifələndirilmişdi." Ancaq İbn Hişam, Abbas ibn Əbdülmüttəlibin onları aparmaq üçün vəzifələndirildiyini yazmışdır. Zəhra
və Ümmü Gülsüm özlərini aparmaqla vəzifəli olan şəxslərlə bərabər
dəvələrə minərək hərəkət ediblər. Bu zaman Məhəmmədin düşmənlərindən və
davamlı olarak onu pisləyən Xuveyris b. Nuqeyz onların yanına gələrək
dəvələrinə zərər verir. Dəvə qorxur və qaçır. Fatimə və Ümmü Gülsüm yerə
düşürlər. İbn Hişam və başqa tarixçilər Fatimənin bu hadisədən aldığı
yaranın nə olduğunu yazmayıblar, ancaq mənbələrə görə, Fatimə bu
hadisədən yara almışdır. Yaqubi isə belə yazıb: "Əli b. Əbu Talib onu Mədinəyə apardı." Digər şiə mənbələri də Yəqubinin yazdıqlarını təsdiq edir. Məsələn, Şeyx Tusi, "Əmali" kitabında Məhəmmədin Qubada gözlədiyini və "əmi oğlum (yəni Əli b. Əbu Talib) və qızım gəlməyənə qədər Mədinəyə girməyəcəyəm" dediyini yazmışdır. Şeyx Tusinin yazdığına görə, Fatimə ilə yanaşı Əlinin anası Fatimə binti Əsəd və Əbdülmüttalib b. Zübeyrin (Dəbaətin nəqlinə görə isə Zübeyrin) qızı Fatimə də Əli ilə birlikdə hicrət etmişlərdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!