HZ.Fatimə (s.ə)-ın övladları

HZ.Fatimə (s.ə)-ın övladları
Qadın və Din
10.09.2017 16
Fatimənin Əlidən uşaqları olmuşdur. Həsən və Hüseyn adlı iki oğul, Zeynəb və Ümmü Gülsüm adlarında iki qızı olmuşdur. Tarix və siyər müəlliflərindən heç kim bu dörd övladın varlığı haqqında tərəddüd etməmişlər. Həsən Hicrətin 3-cü ilində Ramazan ayının ortasında, Hüseyn isə Hicrətin 4-cü ilində Şaban ayında dünyaya gəlmişdir. Şiə təzkirə müəllifləri və bir qrup Əhli-Sünnə alimləri Fatimənin Muhəssən (Möhsün) adlı bir oğlunun daha olduğunu yazmışlar. Hicrətin 236-cı ilində vəfat edən Qüreyş nəsil müəllifi Musəb Zübeyr Muhəssən (Möhsün) adını zikr etməmişdir. Ancaq Bəlazuri (Ölümü H.Q. 279) belə yazır: Fatimə Əli üçün Həsən, Hüseyn və Muhassən (Möhsün) adlı uşaqları dünyaya gətirmişdir. Muhassən (Möhsün) kiçik yaşda ölmüşdür. O, həmçinin belə yazır: Möhsün dünyaya gələndə Məhəmməd Fatimədən belə soruşdu: Ona nə ad qoydun? Dedi ki: Hərb. Buyurdu ki: Onun adı Muhəssəndir. Əli ibn Əhməd ibn Səid Əndəlusi (384-456) "Cumhurətu Ənsabul-Ərəb" adlı kitabında belə yazır: Muhəssən (Möhsün) kiçik yaşlarda öldü. Şeyx Müfid Əlinin Fatimədən olma uşaqları haqqında belə yazır: Həsən, Hüseyn, Zeynəbi-Kübra və künyəsi Ümmü Gülsüm olan Zeynəbi-Suğra." Bu babın sonunda isə belə yazır: "Şiələr deyirlər ki, Fatimə atasının ölümündən sonra bir uşağını saldı. Ona hamilə olduğu zaman onun adını Möhsün qoymuşdu." Təbəri isə belə yazır: "Deyirlər ki, Fatimənin Əlidən olma kiçik yaşda ölən Muhəssən adlı bir uşağı vardı". Şiə rəvayətlərində və bəzi Əhli-Sünnə kitablarında qeyd edildiyinə görə bu uşaq (Muhəssən) Məhəmmədin vəfatından sonra baş verən çəkişmə və xaos zamanı Fatimənin aldığı zərbə nəticəsində düşmüşdür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!