Qədr gecəsini qeyd etməyin bəzi qaydaları haqqında hədis

Qədr gecəsini qeyd etməyin bəzi qaydaları haqqında hədis
Qadın və Din
10.09.2017 15
Qədr gecəsi ilin gecələri içində ən mübarək və dəyərli gecədir. Qədr gecəsi Quranın doğum gecəsidir. Bu mübarək gecəni necə, hansı şəkildə keçirmək barədə dini kitablarda xeyli məlumat vardır.

Qədr gecəsinin əməlləri, ibadətləri, duaları müvafiq məzmunlu kitablarda ətraflı qeyd edilib. Ümumilikdə qeyd etsək, bu gecə qüsl almaq, oyaq qalıb Quran oxumaq, müstəhəb namaz qılmaq, özünün, yaxınlarının və bütün möminlərin günahlarının bağışlanması və aqibətinin xeyirli olması üçün dua etmək tövsiyə edilib. Bu tövsiyələrin hər biri Peyğəmbərin və Əhli-beyt imamlarının Ramazan ənənəsindən qaynaqlanır.

Aşağıda təqdim etdiyimiz hədis də Qədr gecələrini hansı şəkildə qeyd etməyin savab olması barədə dəyərli məlumatları özündə ehtiva edir. Hədis Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət edilir və Musa Peyğəmbərin (ə) Allah-təala ilə söhbətini əks etdirir. Həzrət Musa (ə) Allahdan bəzi savabları istəyir və Allah-təala həmin savabların hamısını Qədr gecələrində əldə etməyin yolllarını ona başa salır.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Həzrət Musa (ə) Allaha xitab etdi: “İlahi! Sənə yaxın olmağı istəyirəm”. Allah buyurdu: “Qədr gecəsini oyaq keçirən adam mənə yaxın olmağa nail olar”. Musa (ə) dedi: “İlahi! Sənin rəhmətini istəyirəm”. Allah buyurdu: “Qədr gecəsində miskinlərə mərhəmət edən kəs mənim rəhmətimi qazanar”. Musa (ə) xitab etdi: “İlahi! Sırat körpüsünün üzərindən rahat keçmək üçün icazə istəyirəm”. Allah-təala buyurdu: “Bu icazə Qədr gecəsində sədəqə verən adama şamil olar”. Həzrə Musa (ə) dedi: “İlahi! Cənnət bağlarındakı ağacları və onların meyvəsini istəyirəm (yəni cənnəti qazanmaq istəyirəm)”. Allah cavab verdi: “Bu da Qədr gecəsində təsbih deyən (məni dualarla öyən, gözəl adlarımı sayan) adama verilər”. Musa (ə) dedi: “İlahi! Cəhənnəm alovundan nicat istəyirəm”. Allah-təala buyurdu: “Qədr gecəsində istiğfar edən (günahlarının bağışlanması üçün yalvaran) adam buna nail olar”. Musa (ə) xitab etdi: “İlahi! Sənin razılığını qazanmaq istəyirəm”. Allah-təala ona cavab verdi: “Mənim razılığım Qədr gecəsində (ixlasla) iki rükət namaz qılan adama qismət olar” (Vəsailüş-şiə, VIII cild, səh. 20).

Bu gözəl hədisdən öyrənirik ki, Qədr gecələrində yuxarıda sadaladığımız əməllərdən əlavə, ehtiyaclı şəxslərə yardım göstərməyin (sədəqə verməyin), Allahın gözəl adlarını zikr etməyin (təsbih söyləməyin), öz günahlarının bağışlanması üçün dua etməyin, başqaları ilə mərhəmət və şəfqət əsasında rəftar etməyin hədsiz savabları vardır. Bir bəndənin Allahdan umduğu demək olar ki, bütün savablara Qədr gecəsində çatmaq mümkündür. Yetər ki, bu gecənin qədrini bilək və onu müqəddəslərin tövsiyə etdiyi dəsturlara uyğun şəkildə yaşayaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!